Sosial

Azərbaycanda hərbçilərin pensiya yaşı dəyişdirilib

15 fevral / 15:22 1 dəq
E828efc0 84be 38c2 bcb6 0d9627ec9f81
15 fevral / 15:22
Burada sizin reklamınız ola bilər

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb.

“Qərb Xəbər” məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanunlara edilmiş dəyişikliklə hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər