İqtisadiyyat

Azərbaycanda arıçılıq turizmi yaradılacaq

10 aprel / 16:41 1 dəq
9a98805d 62af 4aa4 ac9e 714227460ba0
10 aprel / 16:41
Burada sizin reklamınız ola bilər

Azərbaycan Arıçılar Assosiasiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO ilə birlikdə ölkədə arıçılıq turizminin yaradılması ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Bu barədə Assosiasiyanın sədri Bədrəddin Həsrətov məlumat verib.

Onun sözlərinə görə, bu ilin yay aylarında reallaşdırılması nəzərdə tutulan layihəyə Avropa İttifaqı maliyyə dəstəyi vermək istəyir.

“Layihə çərçivəsində Qax rayonunda olan arıçılıq təsərrüfatının bazasında bir sıra işlərin görülməsi planlaşdırılır. Arıçılıq turizminin mahiyyəti odur ki, turistlərə bal və digər arıçılıq məhsullarının istehsalı prosesinə izləmək şəraiti yaradılır”.

Paylaş
Burada sizin reklamınız ola bilər