Qərb Xəbər TV

Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var

20 dekabr / 11:40 1 dəq
650b25f2 59d7 3401 b05e c20617615936
20 dekabr / 11:40
Burada sizin reklamınız ola bilər

2,4 milyon ev təsərrüfatına 2022-2023-cü illərdə baxış keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb: “Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var. Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”.

Paylaş
Burada sizin reklamınız ola bilər