Dünya

Azərbaycan XİN Paşinyana cavab verib: “Ermənistan hərbi və siyasi təxribatlara son qoymalıdır”

7 sentyabr / 13:52 2 dəq
39cfda71 3523 3eee 940e 91315fdfd8e4
7 sentyabr / 13:52
Burada sizin reklamınız ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın 7 sentyabr tarixində hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.

“Qərb Xəbər”bildirir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

Qeyd olunub ki, bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur.

“Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneələri dayandırmalıdır”, – Azərbaycan XİN-dən bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər