Bölgə xəbərləri

“Azərbaycan xalqının Güneydəki vəziyyətə laqeyd yanaşmayacağından əminəm” – Çingiz Göytürk

3 oktyabr / 12:07 4 dəq
Ddv0262 6279ea13 c6ee 4b64 bc07 2f223be4dcaa
3 oktyabr / 12:07
Burada sizin reklamınız ola bilər

“Azərbaycanda təşkilatlanma məsələsi dünyanın ən ağır diktatura sistemlərindən birinin hakim olduğu bir mühitdə normal şəkildə təşkilatlanmanın gerçəkləşdirilməsi asan məsələ deyil”.

Bu sözləri “Qərb Xəbər“ə müsahibəsində güneyli soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bildirib.

64974866_182893229369074_4007529929724919808_n (1)

 – Bu proseslərin aparıcı qüvvəsi qadınlardır, prosesin ümummilli hal alması yaxın vaxtlarda gözlənilirmi?

– “Azərbaycan Milli Hərəkatının nümayəndələri ortaq qərar almaq mexanizminin var olduğunu demək mümkündür. Bunların bir-biri ilə yaxın əlaqədə olduğunu və qərarların ortaq şəkildə alındığını ifadə edə bilərəm. Azərbaycan hüdudlarından kənarda da təşkilatlanmanın var olduğunu deyə bilərəm.

– Bu proseslərdə haqq və azadlıqlar uğrunda mübarizə çağdaş dəyərlərə əhəmiyyət verməyən İran İslam Cümhuriyyətinin böyük ölçüdə müqaviməti ilə qarşılaşır. Hər fürsətdə İran adlanan məkanda müxtəlif xalqlar, cəmiyyətin müxtəlif nümayəndələri öz haqları uğrunda mübarizəyə qoşulublar. Bu durum da bu fürsətlərdən biridir. Belə bir şərait yarandı ki, millətlər öz tələbləri ilə ortaya çıxdılar. Haqq və azadlıqlar uğrunda bir araya gəlməyi bacardılar. Qadınlar bu prosesdə aparıcı rol oynayan qüvvələrin başında gəlirlər. Hərəkətin hara qədər davam edəcəyini indidən demək çətindir. Çox müxtəlif parametrlər buraya müdaxildir. Xalq artıq 41 ildir ki, yaradılan o qorxu maşınından artıq qorxmurlar. Bu proseslərin İranda böyük dəyişiklərə gətirib çıxaracağından əminəm. Mən hesab edirəm ki, bu proseslər davam edəcək”.

 – Çingiz bəy, Quzey Azərbaycanın İranla bağlı siyasətini bəyənirsizmi və sizcə burdakı siyasi təşkilatlar və hakimiyyət hansı hərəkıtləri etməlidirlər ?

– “Bu məsələdə Azərbaycan dövlətinin, xalqının milli düşmənlərinə qarşı dik duruşunu, xüsusilə də prezident İlham Əliyevin dik duruşunu çox təqdir edirəm. Bundan qürur duyuram. Azərbaycan öz düşmənlərinə qarşı dik durur və bütün dünyaya göstərməyi bacarır. Amma, bununla yanaşı cəmiyyətmizin Azərbaycanın Güneyində cərəyan edən proseslərlə bağlı yetərli informasiyası və yetərli həssasiyyəti olduğunu mən düşünmürəm. Burada mətbuatmızın apardığı və göstərdiyi həssasiyyətdən məmnunam. Bu diqqət cəmiyyətmizin müəyyən zümrələrinə yayılmalıdır. Azərbaycanın Güneyinin müstəqilliyi və milli dövlətin yaradılması labüddür. Quzey Azərbaycan xalqının Güneydəki vəziyyətə laqeyd yanaşmayacağından əminəm. Sadəcə proseslər bizi elə bir məqamda yaxalaya bilər ki, bunun üçün yetərli hazırlığımız olmasa bu proseslərdə daha ağır bədəllər ödəməli olarıq”.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər