Dünya

Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır

23 oktyabr / 08:40 1 dəq
982ec43c 6972 3927 b3c6 c87870ec4fc2
23 oktyabr / 08:40
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.

“Qərb Xəbər” məlumat verir ki, təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

İki ölkənin quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimləri Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.

İki gün davam edəcək birgə taktiki təlimə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər