Hadisə

Azərbaycan və Ermənistan sərhədçiləri arasında qarşıdurma: İrəvandan rəsmi açıqlama

8 avqust / 10:37 1 dəq
Kirants
8 avqust / 10:37
Burada sizin reklamınız ola bilər

Kirantsda Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir mübahisə olmayıb.

Qerbxeber.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidməti “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

Bundan əvvəl sosial şəbəkələrdə Ermənistan və Azərbaycan sərhədçiləri arasında Kirants kəndində yeni sərhədin tikintisi ilə bağlı dəfələrlə mübahisələrin yarandığı barədə məlumatlar yayılıb.

“Kirants kəndində yolun yeni marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Azərbaycan sərhədçiləri arasında heç bir mübahisə olmayıb” – məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər