Dünya

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun görüşləri keçiriləcək

25 aprel / 11:38 1 dəq
5deaf341 b6a4 372b 918d 84eb0cb7d617
25 aprel / 11:38
Burada sizin reklamınız ola bilər

Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

“Qərb Xəbər” xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər