Dünya

Azərbaycan Ukraynaya minatəmizləmə maşını verdi

25 noyabr / 09:36 1 dəq
65617438417f865617438417f9170088556065617438417f465617438417f6
25 noyabr / 09:36
Burada sizin reklamınız ola bilər

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

“Qərb Xəbər” məlumat verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb.

“Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, – məlumatda bildirilib.

Bundan başqa, məlumatda avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də vurğulanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər