Azərbaycan Rusiya təyyarəsini öz səmasına buraxmadı
Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına 12 ton “humanitar yardım” aparan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus An-148 yük təyyarəsinin (reyestr nömrəsi RA-61731; ICAO 14F123) Azərbaycanın hava məkanında uçuşuna icazə verilməyib.
“Qərb Xəbər” “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Telegram kanalları məlumat yayıb.
Mənbə yazır ki, nəticədə təyyarə İran ərazisindən uçmalı olub.





