Dünya

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan birgə hərbi təlim keçirəcək

11 oktyabr / 20:47 1 dəq
Mudafie nazirliyi
11 oktyabr / 20:47
Burada sizin reklamınız ola bilər

Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
“Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər