Bölgə xəbərləri

Azərbaycan parlamenti İranla bağlı bəyanat qəbul etdi

7 aprel / 12:12 1 dəq
Millimeclis1
7 aprel / 12:12
Burada sizin reklamınız ola bilər

Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla bağlı bəyanat verib.

“Qərb Xəbər”in məlumatına görə, bəyanatda qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qəbul etdiyi bəyanat Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.
Bildirilib ki, bu bəyanat İranın Azərbaycana qarşı növbəti siyasi təxribatıdır.

Qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur və bununla bağlı ittihamlar qəbuledilməzdir.

Bəyanatda Milli Məclis İranı ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən çəkinməyə çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər