Bölgə xəbərləri

Azərbaycan Ordusunun tank bölmələri döyüş hazırlığı çalışmaları yerinə yetirib – Video

28 mart / 10:55 1 dəq
642287d9d322f642287d9d32301679984601642287d9d322d642287d9d322e
28 mart / 10:55
Burada sizin reklamınız ola bilər

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər