Hadisə

Azərbaycan Ordusunun komando bölmələri döyüş atışlı məşğələlərə başlayıb

14 oktyabr / 10:15 1 dəq
Ddead2bd d38d 398b 8358 c1c85653eaeb
14 oktyabr / 10:15
Burada sizin reklamınız ola bilər

Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.

“Qərb Xəbər”  bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.

Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər