Bölgə xəbərləri

Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu verilib

30 avqust / 10:17 1 dəq
1cf9166d f8be 3cd9 a218 e7241f607d51
30 avqust / 10:17
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.

“Qərb Xəbər”in məlumatına görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər