Xəbər

Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilib

4 noyabr / 10:13 1 dəq
75fe3d59 1ea0 3b98 97e1 59ffd1f81356
4 noyabr / 10:13
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə birlik və birləşmələrin qərargahları, həmçinin bölmə komandirləri cəlb olunub.

Səfərbərlik təlimi zamanı motoatıcı bölmələrin komplektləşdirilməsi, döyüş uzlaşmasının təşkili, döyüş təyinatlı rayona yerdəyişmənin keçirilməsi, ərazidə yerləşmə üzrə hesabatların dəqiqləşdirilməsi və növbəti tapşırıqların icrasına hazırlıq üzrə müvafiq fəaliyyətlər yerinə yetirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər