Bölgə xəbərləri

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib

5 may / 12:25 1 dəq
627387979a93b627387979a93c1651738519627387979a939627387979a93a
5 may / 12:25
Burada sizin reklamınız ola bilər

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

“Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən bildirir ki, cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə komandirlərinin müasir döyüşü idarətmə qabiliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır.

 

Paylaş
Burada sizin reklamınız ola bilər