İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

22 yanvar / 10:35 1 dəq
Milli bank291205 big
22 yanvar / 10:35
Burada sizin reklamınız ola bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.

Qerbxeber.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub”, – deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər