Bölgə xəbərləri

Azərbaycan I və II Liqalarında 2023/2024 mövsümünün püşkü atılıb

22 avqust / 16:03 2 dəq
5230bcf2 f3d1 30f8 8223 7f699bfd2602
22 avqust / 16:03
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan I və II Liqalarında 2023/2024 mövsümünün püşkü atılıb.

“Qərb Xəbər”in məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev və klubların nümayəndələri iştirak ediblər.

Komanda rəsmiləri yarışların reqlamenti və formatı ilə bağlı məlumatlandırıldıqdan sonra hər iki yarışın püşkü atılıb. Əsasnaməyə görə, I Liqanın 1-ci dövrəsində meydan sahibi olacaq komandalar III dövrədə də rəqiblərini qəbul edəcəklər.

I Liqa
I tur
“Difai Ağsu” – MOİK
“Zaqatala” – “İrəvan”
“Karvan” – “Mingəçevir”
“Qaradağ Lökbatan” – “Şamaxı”
“Araz Saatlı” – “İmişli”

II Liqa
I tur
“Ağdaş” – “Şahdağ”
“Baku Sportinq” – “Şəfa Baku”
“Şəki Siti” – “Dinamo”
“Lerik” – “Qusar”
“Şəmkir” – “Kür-Araz”
“Füzuli” – “Cəbrayıl”
“Göygöl” – “Kürmük Qax”

Qeyd edək ki, II Liqa sentyarın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər