Dünya

Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib

11 aprel / 10:31 1 dəq
91d10fe6 5db2 37c7 a2f1 f113fbac8e4d
11 aprel / 10:31
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

Paylaş
Burada sizin reklamınız ola bilər