Bölgə xəbərləri

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb

14 dekabr / 17:14 2 dəq
6399c86ecca006399c86ecca0116710227026399c86ecc9fd6399c86ecc9fe
14 dekabr / 17:14
Burada sizin reklamınız ola bilər

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb.

Bu barədə “Qərb Xəbər”ə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun dekabrın 14-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər