Azərbaycan geyim əşyalarının idxalına çəkdiyi xərci 42 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 138 milyon 650,26 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.
Dövlət Gömrük Komitəsinə istinadən , bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 milyon 368,7 min ABŞ dollar və ya 42,5 % çoxdur.
Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,03 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.
Report.az




