Kateqoriyasız

Azərbaycan boksçuları finala vəsiqə qazanıb

10 may / 13:45 2 dəq
1557480837362348184 750x500
10 may / 13:45
Burada sizin reklamınız ola bilər

Rusiyada kişi boksçular arasında start götürən “Sankt-Peterburq qubernatorunun kuboku” beynəlxalq turniri davam edir.

Sayca onuncu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin üzvü Məhəmməd Abdullayev (+91 kq) özbəkistanlı Obidjon Tohirov ilə üz-üzə gəlib. Döyüş Məhəmmədin 3:2 hesablı qələbəsi ilə başa çatıb. M.Abdullayev bu qələbə sayəsində yarımfinala yüksəlib. O, növbəti qarşılaşmasını bu gün keçirəcək.

Digər Azərbaycan boksçusu Məsud Yusifzadə (52 kq) rusiyalı Bair Batlayev ilə qarşılaşıb. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rahil Məmmədli (91 kq) də dörddəbir finalda çıxışını qələbə ilə başa vurub. O, ermənistanlı Henrik Sarkisyana heç bir şans verməyərək qələbə qazanıb – 4:1.

Beləliklə, hər üç boksçu yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.

Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) isə özbəkistanlı Kozimbek Mardonova uduzaraq turnirdə mübarizəni dayandırıblar.

Yarışda 15 ölkənin idmançıları mübarizə aparırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər