Kateqoriyasız

Azərbaycan Avropa Oyunlarında mübarizəyə başlayıb

21 iyun / 14:31 1 dəq
C38e5739 f87d 4594 a2f9 372cb8e8648a
21 iyun / 14:31
Burada sizin reklamınız ola bilər

Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə start götürən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start verilib.

Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər