Azərbaycan ərazisində kəskin istilər olacaq
3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozuna əsasən məlumat verib.
Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək.
Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.




