Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan IMF-in Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə maliyyə dəstəyi göstərəcək

2 həftə ago
A A
cc4298d0-3e1c-3e6c-86b8-ef24c1b7da96_850

Azərbaycan Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun (IMF) cari ilin iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı qərarını təbii qarşılayır.

“Qərb Xəbər” bu barədə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyevə istinadən xəbər verir.

“Belə ki, 1992-ci ildən IMF-ə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə IMF-in ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib”, – M. Piriyev qeyd edir.

Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, IMF-in əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə IMF-dən kredit cəlb edib, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarıb.

1545fea2-5939-34d3-8b1e-fe3d9e5ad9ac

“Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli artımı, neft gəlirlərinin idarə edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyatlarının formalaşdırılması nəzərə alınaraq 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında və bəzi texniki yardımların alınmasından ibarət olub. Müvafiq olaraq, bu müddət ərzində IMF öz Bakı ofisini kiçiltmişdir və faktiki olaraq bir nəfər əlaqələndirici şəxslə təmsil olunurdu. Maliyyə Nazirliyi də hesab edir ki, Fondun yerli ofisinin bağlanması məntiqli bir addımdır və bir növ ölkəmizin maliyyə dayanıqlığı baxımından başqa – daha yüksək çəki kateqoriyasına irəliləməsinin və iqtisadi reytinqinin artmasının göstəricisi sayıla bilər”, – deyə M.Piriyev qeyd edib.

Maliyyə Nazirliyinə ünvanlanan məktubda Fond özü də bu qərarını məhz Azərbaycanın hazırda dayanıqlı iqtisadiyyata və böyükhəcmli maliyyə ehtiyatlarına malik olması imkanları prizmasından baxaraq ölkəmizlə gələcəkdə proqram xarakterli əməkdaşlığa və ofisin fəaliyyətinə ehtiyacın qalmaması ilə izah edib.
Bakıda Fondun yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edən M.Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş IMF-in Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb. Artıq Azərbaycanın bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim və texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.