Sosial

Avtomobili taksi duracaqlarında saxlayanlar 40 manat cərimələnəcək

28 iyun / 12:25 1 dəq
667db0c251b90667db0c251b911719513282667db0c251b8e667db0c251b8f
28 iyun / 12:25
Burada sizin reklamınız ola bilər

Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına icazə verilməyəcək.

Qerbxeber.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni- 346.6-cı maddədə əksini tapıb.

Layihəyə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək.

Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib

Paylaş
Burada sizin reklamınız ola bilər