Dünya

Avropa ölkələrinin XİN başçıları Gürcüstanla bağlı bəyanat yaydı

11 iyul / 23:12 2 dəq
Avropa birliyi
11 iyul / 23:12
Burada sizin reklamınız ola bilər

Avropanın 17 ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının Ali nümayəndəsi Gürcüstandakı son hadisələrlə bağlı birgə bəyanat qəbul ediblər.

Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, sənədi Böyük Britaniyanın Gürcüstandakı səfirliyi yayıb.

Belçika, Çexiya, Danimarka, Estoniya, Finlyandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Latviya, Litva, Niderland, Norveç, Polşa, İspaniya, İsveç və Böyük Britaniyanın qoşulduğu bəyanatda Gürcüstanda “pisləşməkdə olan vəziyyət”lə bağlı dərin narahatlıq ifadə olunub.

Sənəddə bildirilib ki, Gürcüstan hakimiyyətinin apardığı siyasət 17 ölkə ilə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi ilə nəticələnib.

“Biz Gürcüstan hakimiyyətini ədalətsiz olaraq saxlanılmış siyasətçilər, jurnalistlər və fəalları dərhal azadlığa buraxmağa, repressiv qanunvericiliyi ləğv etməyə və yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün bütün maraqlı tərəflərlərlə dialoqa başlamağa çağırırıq”, – bəyanatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər