Dünya

Avropa İttifaqı Türkiyəyə kömək üçün xilasedici komanda göndərib

6 fevral / 13:08 1 dəq
Indir 2023 02 06T130802.037
6 fevral / 13:08
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Niderland və Rumıniyadan xilasedici komandası Türkiyəyə yola düşüb.

“Qərb Xəbər” xəbər verir ki, bunu Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarcic bildirib.

“Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra Aİ-nin Mülki Müdafiə Mexanizmini işə saldıq. Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniyadan xilasedici komandalar artıq yoldadır” – deyə, o, qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər