Xankəndidə Üzeyir Hacıbəylinin 140 -illik yubileyinə həsr olunmuş konsert keçirilib

Uzeyir hacibeyli

Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm musiqi axşamı təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən mediaya verilən məlumata görə, Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən konsert proqramında Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq unudulmaz musiqi bayramı bəxş edib. … Read more

UNESCO-nun mənzil qərərgahında Üzeyir Hacıbəylinin 140 illik yubileyi konsert proqramı ilə qeyd olunacaq

Unesco

Sentyabrın 18-də Azərbaycan milli musiqisinin banisi, ilk Şərq operasının müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunacaq. Qerbxeber.com Teleqraf -a  istinadən xəbər verir ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və “Fransa-Azərbaycan Dialoqu” assosiasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək tədbirin musiqi proqramı fransalı violonçelçi və “Arts Au Diapason” assosiasiyasının … Read more

Ukrayna və Böyük Britaniya arasında yüzillik tərəfdaşlıq sazişi imzalanıb

Ukr and britain

Ukraynanın Ali Radası Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında yüzillik tərəfdaşlıq sazişini ratifikasiya edib. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb. Bildirilir ki, sazişin ratifikasiyası bütün daxili prosedurların tamamlanmasına və müdafiə, təhlükəsizlik, ticarət-iqtisadiyyat, enerji, təhsil, elm, mədəniyyət, sosial və miqrasiya sahələrində, həmçinin ədliyyə və informasiya təhlükəsizliyi üzrə əməkdaşlığın … Read more

Zelenski: Ukrayna üçün A planı müharibəni bitirmək,B planı isə…

Zelenski unufirmda

Müharibənin bir ilinin qiyməti 120 milyard dollardır. Qerbxeber.com “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib. “60 milyard Ukraynanın büdcəsidir və gələn il üçün mənə daha 60 milyard tapmaq lazımdır”, – Zelenski deyib. Zelenskinin sözlərinə görə, onlar üçün A planı müharibəni bitirmək, … Read more

Aİ Hindistan və Çinə qarşı sanksiyalar hazırlayır

Avropa parlamenti

Avropa İttifaqı (Aİ) Rusiya iqtisadiyyatının maliyyələşdirilməsinə yardım etdiklərinə görə Çin və Hindistana qarşı yeni sanksiyalar paketi hazırlayır. Bu barədə Almaniyanın “Handelsblatt” nəşri məlumat yayıb. Məlumata görə, Rusiya ilə bağlı hazırlanmış yeni sanksiya paketi çərçivəsində Aİ Rusiya neftinin idxalında iştirak edən bir sıra Çin və Hindistan banklarını və neft emalı müəssisələrini sanksiya siyahısına əlavə edəcək. Nəşrin … Read more

Zelenski: Ukrayna Rusiyaya qarşı bəzi yüksək nəticəli əməliyyatlar keçirib

Zelenski

Rusiya Ukraynaya hücum üçün dörd əsas istiqamət seçib: Sumı, Novopavlovsk, Pokrovsk və Zaporojye istiqaməti. Qerbxeber.com bildirir ki, bu barədə APA“Unian“a istinadən xəbər yayıb. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Sumı əməliyyatı uğursuzluğa düçar olub, Rusiya böyük itkilər verib: “Rusiya Sumı istiqamətində … Read more

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək-SƏRƏNCAM

F.xoyski

Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Qerbxeber.com-un məlumatına görə, Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan … Read more

Rubl ucuzlaşdı, avro və lirə bahalaşdı

Xarici valyuta

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Qerbxeber.com xəbər verir ki, lirənin dəyəri manat qarşısında 100 lirə 4.12 manata qalxıb. Avronun məzənnəsi 2.0154 manata yüksəlib, 100 rublun məzənnəsi isə 2.0430 manata enib.

Fon der Lyayen Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Tramp lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində birgə səyləri müzakirə edib. Bu barədə o, “X” hesabında paylaşım edib. “Trampla Rusiyaya qarşı əlavə tədbirlər vasitəsilə iqtisadi təzyiqi gücləndirmək üçün birgə səylərimizi möhkəmləndirməyə dair yaxşı bir söhbətimiz oldu”, – deyə paylaşımda bildirilib. Telefon danışığının detalları … Read more

Zelenski: Tramp və Putinlə görüşməyə hazıram

Zelenski unufirmda

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bildirib. Bu barədə Zelenski “Sky News“a müsahibəsində deyib. “Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda heç bir şərt olmadan görüşməyə hazıram”, – deyə Ukrayna Prezidenti vurğulayıb. O, belə bir görüş üçün Moskvaya … Read more

Lyayen : Yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiya paketi qəbul olunacaq

Ursula von der Leyen

Avropa Komissiyası yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edəcək. Qerbxeber.comxəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” səhifəsində yazıb. O qeyd edib ki, yeni sanksiyalar kriptovalyutanı, bankları və enerjini hədəf alacaq. Məumat üçün bildirək ki, bundan əvvəl 19-cu sanksiyalar paketinin təxirə salındığı ilə bağlı iddialar səslənmişdi.

Milli Məclisdə “Böyük Qayıdış”la bağlı dinləmələr keçiriləcək

Milli meclis

Milli Məclisdə “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirə təşkil ediləcək. Qerbxeber.com-un xəbərinə görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün İş planında əksini tapıb. İş planına sessiya müddətində işğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında … Read more

Ruslar Ukraynanın dəmir yollarına zərbə endirib

Qatar yolu

Sentyabrın 17-nə keçən gecə Rusiya Ukraynanın dəmir yoluna növbəti kütləvi hücum həyata keçirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Ukrzaliznytsia” ASC-nin idarə heyətinin sədri Aleksandr Pertsovski “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, ehtiyat dizel lokomotivləri artıq hazır vəziyyətdədir və “Ukrzaliznytsia” qatarların gecikmələrini minimuma endirməyə çalışacaq.

Tramp Azərbaycanla bağlı paylaşım etdi

Aliyev tramp paşin

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Qerbxeber.com APA-ya istinadla  xəbər verir ki, Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb. “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir … Read more

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

AFFA

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib. Qerbxeber.com xəbər verir ki, R.Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı … Read more

Qurbanov : “Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi”

Qurban qurbanov yeni

“Qarabağ” futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.  Qerbxeber.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Benfika”ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. “Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start … Read more

“Qarabağ” dan tarixi qələbə…

U7qqkpxpwjvtwqcjnszjz4jystnpf0ezcq32ov1s 825

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Qerbxeber.com-un məlumatına görə, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. Bundan sonra … Read more

Tramp təsdiqlədi

Tramp zelenski 2

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya avropalı müttəfiqlər tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Pentaqon prioritet ehtiyaclar çərçivəsində Kiyevə NATO ölkələrinin hesabına hər biri 500 milyon dollar dəyərində iki hərbi yardım paketini təsdiqləyib. Məlumata görə, Pentaqon rəhbərinin müavini Elbric Kolbi hər … Read more

Netanyahu: İsrail müstəqil hərbi sənaye yaradacaq

netenyahu

İsrail heç bir mümkün beynəlxalq məhdudiyyətdən asılı olmayan, özünü təmin edən müdafiə sənayesi yaradacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. O, İsrail iqtisadiyyatına həsr olunmuş mətbuat konfransında deyib: “Biz çox güclü, istənilən növ beynəlxalq siyasi məhdudiyyətlərə tab gətirə biləcək və dövlətin təhlükəsizliyini təmin edəcək müstəqil silah sənayesi quracağıq”. Bir … Read more