İlham Əliyev: “Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır”

F9360c0a b59b 3e36 b6c2 72daa8466b77

“Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir”. “Qərb Xəbər” bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciətində qeyd olunub. “Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam … Read more

Azərbaycan Ordusunda silah və texnika payız-qış istismar rejiminə keçirilir – VİDEO

6530d037257ec6530d037257ed16976978476530d037257ea6530d037257eb

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir. Müdafiə Nazirliyindən  verilən məlumata görə, bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Keçirilən … Read more

Saakaşvilinin Paşinyana sensasion məktubu: Tələs, hər hansı tərəddüdü kənara at

Indir 2023 10 19T104949.601

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib. “Qərb Xəbər” bildirir ki, bu barədə erməni mediası məlumat paylaşıb. Məktibda bildirilir: “Mən sizə ilk dəfə və açıq şəkildə sizə müraciət edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. MDB-nin bu yaxınlarda keçirilən sammitində bu təşkilatın dağılmasında məni praktiki … Read more

Faktiki hava açıqlandı

Shamaxi leysan

Oktyabrın 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Lənkəranda 10 mm, Lerikdə 9 mm, Ordubadda 7 mm, Neftçalada 5 mm, Astara, … Read more

Prezident İlham Əliyevin son 20 ildə imzaladığı fərman və sərəncamların sayı açıqlanıb

6cfa4b76 74f1 39d8 a593 3838e9591392 850 (1)

“2003-2023-cü illərdə Prezident İlham Əliyev tərəfindən bir çoxu sosial-iqtisadi xarakterli olmaqla ümumilikdə 6080-dən çox fərman və 14 min 290-dan artıq sərəncam imzalanıb”. “Qərb Xəbər” məlumata görə, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, dövlət başçısı müasir dünyagörüşünə malik, islahatçı lider olmaqla, idarəetmə mexanizminin … Read more

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

652684c37b641 tq7O k 0bgi5WN

Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr DTX-də ciddi araşdırılır Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmiş və bu barədə … Read more

Azərbaycanın Müdafiə Naziri Özbəkistanda rəsmi səfərdədir

0451354b8f3728a6333b21c6ee93a18b

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. “Qərb Xəbər” bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Britaniya öz təbəələrini Livana səfərdən çəkinməyə çağırıb

3676eb4e 5508 3394 85ad f3eadc3abada

Böyük Britaniya öz təbəələrini Yaxın Şərqdə gərginliyin artması fonunda Livana istənilən səfərlərdən çəkinməyə çağırıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi bildiriş yayıb. Xarici siyasət idarəsi həmçinin Livandakı britaniyalılara hələ ki “kommersiya marşrutları mövcud olduqca” ərazini mümkün qədər tez tərk etməyi tövsiyə edir. “Kütləvi iğtişaşlar riski də var. Oktyabrın 17-də ölkədə … Read more

Türkiyə və Azərbaycan nazirlikləri arasında əməkdaşlıq sənədi imzalanıb

B2150d99 112a 34b7 9782 ad63db36090d

Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaşın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a bildirilib ki, nümayəndə heyəti 1 saylı DOST Mərkəzi, burada göstərilən xidmətlərlə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqlara DOST konsepsiyasının üstünlükləri barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin … Read more

OPEC+ İsrailə qarşı neft embarqosu tətbiq etməyəcək

A8b138f9 a615 3709 b2b8 7052348752da

OPEC+ İsraillə bağlı fövqəladə iclas keçirməyi və ona qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Reuters” alyansdakı mənbələrinə istinadən bildirir. “İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın İslam Əməkdaşlıq Təşkilatının üzvlərini İsrailə qarşı neft embarqosu və ya digər sanksiyaların tətbiqi üzrə çağırışlarından sonra OPEC+ fövqəladə iclas keçirməyi və ya hər … Read more

KİV: “İsraildə 3 Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər itkin düşüb”

3309e507 e83b 3dcf 8a7c fce027d63df8

HƏMAS-ın İsrailə hücumu nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər isə itkin düşüb. “Qərb Xəbər” məlumat  verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb. Məlumatda HƏMAS-İsrail müharibəsi nəticəsində həlak olan və itkin düşən əcnəbilərin siyahısı da əks olunub. Siyahıya əsasən, ümumilikdə, müharibə nəticəsində 218 nəfər xarici ölkə vətəndaşı həlak olub, 78 nəfər itkin düşüb. … Read more

“Azəriqaz” vətəndaşlara göstərilən xidmətlərin sayını açıqladı – Hesabat

Azeriqaz

2023-cü ilin 9 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 294095 xidmət göstərilib. Bu barədə “Qərb Xəbər” “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və … Read more

Dünya liderlərindən Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir

Ilham aliyev 2020

Dünya liderlərindən 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklər gəlməkdə davam edir. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu barədə President.az xəbər verir. Məktubda deyilir: “Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə … Read more

İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

Indir 2023 10 18T165902.003

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu işləri davam etdirilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Yerquruluşu işləri çərçivəsində indiyə qədər 718 406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70 860 ha), Qubadlı (79 876 ha), Kəlbəcər (195 406 ha), Cəbrayıl (104 936,5 ha) və Laçın … Read more

Gürcüstan parlamentinin iclasında prezidentin impiçmenti qəbul edilməyib

652f963ddc3c5652f963ddc3c61697617469652f963ddc3c3652f963ddc3c4

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb. “Qərb Xəbər” məlumat verir ki, iclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib. “Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, – deyə o vurğulayıb. İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı … Read more

Qeyri-sabit hava davam edəcək, yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Images 2023 10 18T160427.189

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u axşamdan 20-si səhərədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 20-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış … Read more

Paytaxt seçilməsi hara məqsədəuyğun ola bilər? – Millət vəkilləri

Gəncə Bulvarı

Azərbaycanın paytaxtının dəyişməsi məsələsi geniş ictimai müzakirədən keçməlidir. Həqiqətən də Bakının sıxlığının azaldılması üçün biz İstanbul-Ankara, yaxud Peterburq-Moskva modelinin birini tətbiq etməliyik. Tarixdə bunun nümunələri var. Lakin fikrimcə, paytaxt müzakirəsi ilə bağlı indi səsləndirilən Xankəndi və yaxud Ağdam variantları məqbul deyil. Göyçay-İsmayıllı bölgəsi üzərindən Azərbaycanın mərkəzi coğrafi yerləşim nöqtəsinə uyğun paytaxt seçilməsi daha məqsədəuyğun olar. … Read more

Sabah Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək

Bakı şəhəri

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutacaq. Qurultay … Read more

Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb

652fa402df70c652fa402df70d1697620994652fa402df70a652fa402df70b

Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb. “Qərb Xəbər” bildiri ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, ümumiyyətlə, regiondakı hava limanlarının, o cümlədən istər Qəbələ, istərsə də Zəngilan hava limanlarının inkişafı ilə bağlı işlər aparılır.. “Biz … Read more