Son Xəbərlər

ABŞ Yaxın Şərqdəki vətəndaşları üçün təxliyə planı hazırlayıb

653858e5b48d7653858e5b48d81698191589653858e5b48d5653858e5b48d6

ABŞ Yaxın Şərqdəki vətəndaşlarının təxliyyəsi üçün “ehtiyatlı təcili tədbirlər planı” hazırladığını açıqlayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Ağ Ev İsrail və Fələstin arasındakı münaqişənin daha geniş regional münaqişəyə çevriləcəyi təqdirdə Yaxın Şərqdəki vətəndaşlarının təxliyyəsi üçün “ehtiyatlı təcili tədbirlər planı” hazırlayıb. Bildirilib … Read more

Bakıda dönərdən zəhərlənənlər var

653813b08a0a6653813b08a0a7169817387205a66e78278ef49dacd454bd4382ecd4

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. TƏBİB-dən  bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur. Onların … Read more

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 3 il ötür

Indir 2023 10 25T084648.784

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi … Read more

BMT-nin mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı HƏMAS-dan girovların azad olunmasını tələb edir

423557482 0 0 3067 1725 1920x0 80 0 0 7dfc0bc797e334a47710cfb685ca1b1c

MT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı əllərində şüarlar və İsrail bayraqları ilə HƏMAS-dan girovların azad edilməsi tələbi ilə nümayiş keçirib. “Qərb Xəbər” bu barədə TASS-a istinadən xəbər verir. Nümayiş iştirakçıları “Onları evə gətirin!”, “Biz İsrailin yanındayıq” şüarları səsləndiriblər. Etiraz BMT Təhlükəsizlik Şurasında bir sıra ölkələrin, o cümlədən İsrail, Fələstin, Almaniya, ABŞ və Fransanın xarici siyasət … Read more

Ceyhun Bayramovla Sergey Lavrov Tehran görüşünün nəticələrini müzakirə ediblər

43e795af e06a 3638 9f09 11a067144da6

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə “Qərb Xəbər” ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər … Read more

Kamran Əliyev Ərdoğana tarixi rəsm əsəri təqdim edib

Ebb7cfab f18c 3413 89ac b499dce7ba0a

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbulu zamanı Türkiyə Prezidentinə rəsm əsəri təqdim edib. “Qərb Xəbər” verir ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub. Qeyd edək ki, qəbul Baş prokuror … Read more

Nazir: “Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”

Pərviz Şahbazov

“Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”. “Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib. O qeyd edib ki, uzun müddət davam edən münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən Qazaxıstan bu gün də işğaldan azad edilmiş ərazilərin bərpasına öz töhfəsini … Read more

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə hesabat Prezidentə təqdim ediləcək

E6817a69 78fe 300c b19c d51f765e0f53

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib. “Qərb Xəbər” bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir. İclasda Dövlət Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri iştirak … Read more

İllüziyalar indi yox olur. Biz onları yox edirik

F9NJItuXkAAmo71

İllərdir Rusiyanın donanması və Qara dəniz üzərində nəzarəti keçilməz hökmranlıq illüziyası yaradıb. Yüz minlərlə insanın köçürülməsi Ruslar və kütləvi zülm, ram edilmiş Krım illüziyasını yaratdı. İllüziyalar indi yox olur. Biz onları yox edirik.  Deyə Ukrayna prezidenti Volodymyr Zelenskyy  “X” hesabında paylaşıb.  “Qərb Xəbər” Volodymyr Zelenskyy  “X” hesabına istinadən məlumat verir. Mələk.M

Fransanın Ermənistana verdiyi GM200 nəyə qadirdir?

Resize (2)

Xəbər verdiyimiz kimi, bu gün Fransa müdafiə naziri Sebastyan Lekornu ilə ermənistanlı həmkarı Suren Papikyan arasında imzalanan hərbi sazişə əsasən, Ermənistana GM200 sistemi veriləcək. Həmçinin “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı da anlaşma memorandumu imzalanıb. “Qərb Xəbər“Axar.az istinadən xəbər verir ki, hər iki qurğunun imkanlarını təqdim edir: “Ground Master 200” (GM200) … Read more

Xankəndiyə köç başlayıb? – Rəsmi açıqlama

XANKENDI 768x403

Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan məlumatlar yayılıb. Bu barədə Komitədən “Qərb Xəbər”ə bildirilib. “Bununla əlaqədar olaraq bildiririk, Dövlət … Read more

1000-dən çox rus xüsusi texnikası məhv edilib.

F9NA9wiXcAA PZV

Genişmiqyaslı müharibə başlayandan bəri 1000-dən çox rus xüsusi texnikası məhv edilib. Təcavüzkarın xərclədiyi milyonlarla dollar, tonlarla yararsız metala çevrilib. Amma ən yaxşı xəbər odur ki, bu avadanlıq bir daha insanlarımızı təhlükəyə atmayacaq.  Bu barədə “Qərb Xəbər” Defense of Ukraine “X” hesabına istinadən xəbər verir. Mələk.M

“Ümid edirik ki, növbəti görüşlər Bakı və İrəvanda keçiriləcək” – Nazir

Resize (10)

Ümid edirəm ki, Xarici İşlər Nazirlərinin “3+3” formatında növbəti görüşləri Bakıda və İrəvanda keçiriləcək. “Qərb Xəbər” xarici KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan xarici işlər nazirlərinin Tehranda keçirilən “3+3” formatında görüşündən sonra deyib. O bildirib: “Tehran görüşündə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün … Read more

Böyük sürpriz gəlir: Hakimiyyət hamını heyrətləndirəcək

Resize (1)

Azərbaycanda yeni mərhələ başlayıb. Heç nə əvvəlki kimi olmayacaq.  “Qərb Xəbər” məlumat verir ki, bu sözləri əməkdar jurnalist Azər Ayxan Globalinfo.az-da dərc olunan geniş məqaləsində bildirib. Onun fikrincə, oktyabrın 15-dən (Xankəndidə Bayrağımızın ucalmasından – red.) sonra ölkəmiz yeni mərhələyə keçib: “2024-cü il islahatlarla, dəyişikliklərlə zəngin olacaq. Qarabağ məsələsinin həllindən sonra ölkədə radikal islahatların aparılacağı qaçılmazdır”. … Read more

Yaşar Gülər: “Bu gün Azərbaycanda çox önəmli təlim keçirilib”

F88b1c4a 8fca 37ab 860a 1b31db5c334b

“1-2 saat ərzində müasir hərbin tələblərini yerinə yetirdiyinizi gördük və məmnun olduq. Hamınızla qürur duyuruq”. “Qərb Xəbər” bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər oktyabrın 24-də “Mustafa Kamal Atatürk – 2023” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə şəxsi heyətə müraciətində deyib. O bildirib ki, bu gün Azərbaycanda çox önəmli təlim keçirilib: “Təlimlərin əhəmiyyətini hər … Read more

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

82b71e3d d84a 3b1e 8b7b f1774dc94cb5

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. “Qərb Xəbr” bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində “Mustafa Kamal Atatürk – 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, … Read more

Azərbaycanda 2028-ci ildən FM analoq radio yayımı mərhələli şəkildə dayandırılacaq

Indir 2023 10 24T160820.763

2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq. “Qərb Xəbər” bildirir ki, bu, Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında öz əksini tapıb. Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99.6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq.

Xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünə dair mətbuat məlumatı

F9Imfo XgAAEbt8

3 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir … Read more

Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib

65379e653a8a265379e653a8a3169814384565379e653a8a065379e653a8a1

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir. MN-dən “Qərb Xəbər”ə verilən məlumata görə, “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının “Hərbi … Read more

Stoltenberq İsveçin noyabrın sonuna qədər NATO-ya qəbul edilməsinə çağırıb

6537a53cce1b86537a53cce1b91698145596103311817ca380987ffade4322cb3293

NATO Baş katibi Yens Stoltenberq İsveçin gələn ayın sonuna qədər Alyansa qəbul edilməsinə çağırıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Bloomberg“ agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin əldə etdiyi məlumata görə, bu proses, Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin 28-29 noyabrda baş tutacaq görüşündən gec olmayaraq baş verməlidir. Alyans agentliyin … Read more