Bayden Si Cinpinilə görüşəcək, İranın Yaxın Şərqdəki hərəkətləri müzakirə olunacaq

655294addde52655294addde531699910829655294addde50655294addde51

ABŞ prezidenti Co Bayden bu həftə San-Fransiskoda Çin Sədri Si Cinpinlə görüşəcək. “Qərb Xəbər” məlumat verir ki,bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib. Görüş Asiya Sakit okean İqtisadi Sammiti (APEC) çərçivəsində baş tutacaq. Bayden İranın Yaxın Şərqdəki hərəkətlərinin Pekinin maraqlarına cavab vermədiyini söyləyəcək.

Laçının daha 40 sakini doğma yurduna qayıdır

Indir 2023 11 14T084435.924

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. “Qərb Xəbər” məlumat verir ki, noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə – 40 nəfər köçürülüb.Prezident, Müzəffər Ali Baş Komandan İlham … Read more

KİV: Rusiyada növbəti prezidenti seçkiləri gələn il martın 17-də keçiriləcək

Indir 2023 11 13T153822.269

Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini dekabrın 13-də açıqlaya bilər. “Qərb Xəbər“ məlumat verir ki, bu barədə Rusiya rəsmi mediası mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur. Qeyd edək ki, 2020-ci ildə iyul ayında ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 … Read more

Hakan Fidan Avropa Şurasının Baş katibi ilə görüşüb

6551f5ac04ced6551f5ac04cee16998701246551f5ac04ceb6551f5ac04cec

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşüb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüş AŞ Baş katibinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Devid Kemeron Britaniyanın xarici işlər naziri təyin olunub

6551f44b53acf6551f44b53ad016998697716551f44b53acd6551f44b53ace

Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Baş nazir Rişi Sunakın ofisi məlumat yayıb. Qeyd edək ki, Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri postunda çalışıb. O, yeni vəzifəsində Ceyms Kleverlini əvəz edəcək.

Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edilib

0602937f 1f43 3f9c 9e22 c28ebb414828

Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib. Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib. Qeyd edək … Read more

Dövlət qulluğu üzrə imtahanın nəticələri elan olunub

Dim

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələrini açıqlayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Dövlət imtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə … Read more

Azərbaycanda içki və tütün bahalaşıb

Indir 2023 11 13T141027.540

2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib. “Qərb Xəbər” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki … Read more

Bakıda qadınların yürüşü başlayıb

B04ccc00 a33f 3e80 a282 ed6af2d04412

Bakıda qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkili məqsədilə “Gücümüz cəsarətimizdədir!” adlı yürüş başlayıb. “Qərb Xəbər” məlumat verir ki, yürüşə Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən start verilib. Daha sonra Dənizkənarı Milli Parkda (Kukla Teatrının arxası) rəsmi açılış mərasimi keçiriləcək və ardınca 6 … Read more

Azərbaycan Ordusunun hərbçisi özünü gülələyərək öldürüb

Images 2023 11 13T134419.929

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Bəndəliyev Elsun Habil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə “Qərbxəbər”.com ə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən … Read more

Gələn il büdcə xərclərinin 10,9 %-i azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılacaq

Indir 2023 11 13T120709.263

Sərhədlərin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet kimi saxlanılıb. “Qərbxəbər.com bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən paradda dediyi kimi bütün vəzifələri həyata keçirmişik, ancaq ordu … Read more

Azad edilmiş ərazilərdə ötən həftə 141 mina, 317 partlamamış sursat aşkarlanıb

Indir 2023 11 13T120006.046

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. “Qərbxəbər.com məlumat verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin … Read more

Ohanyan:“Ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır”

Asif

Ermənistanın keçmiş müdafiə naziri, Koçaryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, “ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır”. Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, “beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir”. Yəni Minsk qrupu yenidən işə düşməlidir və s. və ilaxır. “Qərb Xəbər” bildirir ki, bu barədə siyasi … Read more

AB bu gün İrəvan və Bakını müzakirə edəcək

Indir 2023 11 13T084647.831

Bu gün Brüsseldəki görüşdə AB ölkələrinin xarici işlər nazirləri Qarabağ ətrafındakı vəziyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, eləcə də AB-nin İrəvana dəstəyini müzakirə edəcəklər. “Qərxəbər.com məlumat verir ki, bu barədə AB-nin yüksək səviyyəli rəsmisi jurnalistlərə bildirib. Diplomat qeyd edib ki, AB Ermənistandakı müşahidə missiyasını genişləndirə bilər.

Məktəblərdə neçə gün payız tətili olacaq? – Nazirlik açıqladı

Indir 2023 11 13T101143.590

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. “Qərb Xəbər”in məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna … Read more

Təhlil: İsrail-Həmas müharibəsinin görünməyən səbəbləri

Photo 5370818404665119558 x

Son günlərdə yaşanan Həmas-İsrail toqquşmasına mediada və KİV-lərdə əsasən ideoloji  bucaqdan dəyərləndirmələr və baxışlar diqqət çəkir. Bu durumun yaratdığı fürsətdən istifadə edərək, yazımızda münaqişəyə bir də iqtisadi potansiallar üzərindən baxmağa çalışacağıq. İki meqa iqtisadi  hadisə analiz ediləcək: Bunlardan ilki, Çin mərkəzli tək yol tək qurşaq və ya “İpək yolu” proyektinə qarşılıq, xüsusən Hindistanı, Çinin qarşısında … Read more

Zurabişvili: “Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaqlar”

6550da4ae48926550da4ae489316997975786550da4ae488f6550da4ae4890

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib. “Qərbxəbər.com” məlumat verir ki, o, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib. O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək” deyə cavab verib. … Read more

Aİ İsrailin özünü müdafiə etmək hüququnu tanıyıb

Indir 2023 11 13T084647.831

Avropa İttifaqı Qəzzada humanitar fasilənin elan edilməsinə çağırış edib. “Qərbxəbər.com” verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki Aİ Qəzzada dərinləşən humanitar böhrandan ciddi narahatlıq duyur. “Aİ hərbi əməliyyatların dərhal dayandırılması və humanitar yardımın Qəzza əhalisinə təhlükəsiz şəkildə çatması üçün sərhəd keçidlərində … Read more

İsrail ordusu Qəzza limanını tutub

65516fe6baced65516fe6bacee169983587865516fe6baceb65516fe6bacec

İsrail ordusu Qəzza limanına daxil olub. “Qərbxəbər.com” İsrail mətbuatına istinadən verdiyi məlumata görə, Qəzza şəhərinin mühasirəsi faktiki olaraq başa çatıb. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirir ki, hərbçilər Qəzza limanında reyd keçirib. Şəhərin Fələstin anklavı ilə əlaqəsi tamamilə kəsilib.

Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana göndərilir

755ccfec 6791 3ed0 bce5 4c078a4fb903

Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır. “Qərbxəbər.com“məlumat verir ki, bununla bağlı fotoları “Caliber” yayıb. Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir. Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli … Read more