İsraillə HƏMAS əsir mübadiləsinə dair razılıq əldə edib
İsraillə HƏMAS arasında əsir mübadiləsinə dair razılıq əldə olunub. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Nə axtarırsınız?
İsraillə HƏMAS arasında əsir mübadiləsinə dair razılıq əldə olunub. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Saxlanılan “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. “Qərb Xəbər” məlumat verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, … Read more
Qazax rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. “Qərb Xəbər”in məlumatına görə, Çaylı kənd yolunda minik maşınının digər avtomobilə çırpılması nəticəsində, İ.Xamuyeva, R.Nuruyev, Ş.Bənnayeva, R.Nuruyev, E.Tağıyev və C.Rəhimov xəsarət alıb. Qeyd edək ki, qəza nəticəsində xəsarət alanlardan 4 nəfəri 1 ailənin üzvüdürlər. Faktla bağlı araşdırma aparılır.
AzTv Azərbaycanın Xankəndi şəhərinin küçələrindən ilk dəfə görəcəyiniz kadrlar yayımlayıb. “Qərb Xəbər” məlumat verir ki, epizodların birində Xankəndi Şəhər Xəstəxanası önündə Azərbaycan və Türkiyə bayraqlarının yan-yana asıldığı əks olunub. Həmin görüntüləri təqdim edirik:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli planını müzakirə etməyə hazır olduğunu bildirib. “Qərb Xəbər” məlumat verir ki, bu barə “Fox News”a müsahibəsində danışıb. O vurğulayıb ki, əgər Ağ Evin keçmiş rəhbərinin konkret sülh planı varsa, o zaman bu barədə danışa bilər. “Gəlin onunla danışaq və ona sülh düsturunda hansı … Read more
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. “Qərb Xəbər” məlumat verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini … Read more
Müharibə iştirakçıları, qazilər, şəhid ailələri ilə bağlı bütün məsələlər qanun çərçivəsində həll olunur. “Qərb Xəbər” məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib. Deputat bildirib ki, dövlət qurumları bu məsələlərə çox aktiv cavab verirlər: “Amma regionlarda işsizlik var, yeni iş yerləri açılmalıdır. Bu … Read more
Rusiya Federasiyası İslam Əməkdaşlıq Təşkilatının Qəzza zolağında atəşkəsin zəruriliyi ilə bağlı qiymətləndirmələrini bölüşür. “Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qəzza zolağı ətrafında vəziyyətin nizamlanması ilə bağlı Təmas Qrupunun üzvləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası terrorizmin bütün təzahürlərinə qarşıdır: “Lakin terrorizmə qarşı beynəlxalq humanitar hüququ pozmadan mübarizə … Read more
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Qəzza zolağı ətrafında vəziyyətin nizamlanması ilə bağlı Təmas Qrupunun üzvləri arasında görüş başlayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, Lavrovla Ər-Riyadda keçirilən sammitdə qəbul edilmiş qərara əsasən, Rusiya paytaxtına gələn Ərəb Liqası və İƏT ölkələrinin bir … Read more
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib. Bu barədə “Qərb Xəbər”ə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir. Azərbaycan Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili … Read more
Qazax və Daşkəsəndə təbiətə 523 min manatdan artıq ziyan vurulub, sənədlər Baş Prokurorluğa göndərilib. Bu barədə “Qərb Xəbər”ə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı Qazax rayonu … Read more
KTMT Katibliyi KİV-də Ermənistanın təşkilatın yardımından imtina etməsinə dair dərc olunan məlumatlara aydınlıq gətirib. “Qərb Xəbər” məlumat verir ki, KTMT katibliyinin yaydığı bəyanatda deyilir ki, təşkilatın noyabr (2022-ci il) sessiyasının qərarlarının icrası və Belarus Respublikasının sədrliyi dövründə Təşkilatın fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə Fəaliyyət Planına uyğun olaraq, 2022-ci il tarixli sessiyasının yekunları ilə əlaqədar … Read more
Ukrayna müharibənin 636-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 319 820 hərbçi, 5439 ədəd tank, 10174 ədəd zirehli döyüş maşını, 7752 ədəd artilleriya sistemi, 899 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 588 hava hücumundan müdafiə sistemi, … Read more
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. “Qərb Xəbər” sərəncamın mətnini təqdim edir: 1. 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı … Read more
Bu gün Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işinə başlayıb. Konfransın nazirlər sessiyasına hazırlıq iclası keçirilir. Nazirlikdən “Qərb Xəbər”ə verilən xəbərə görə, iclas müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. İƏT əmək nazirlərinin 4-cü konfransının sədri Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin nümayəndəsi iclası giriş sözü … Read more
Milli Məclisdə yaradılan komissiya ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat hazırlayıb. “Qərb Xəbər”in məlumatına görə, Bəyanatı deputat Kamilə Vəliyeva oxuyub. Bəyanatda deyilir: “Milli Məclis ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş aktı qətiyyətlə rədd edir, bunu iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi qəbul edir. Bu, regionda sülh yaradılması səylərinə ciddi maneçilik törədir. ABŞ … Read more
Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Baş Prokurorluğun Mətbuat xidməti faktı “Qərb Xəbər”ə təsdiq edib. Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
Biz bəyanatı qəbul etmək üçün komissiya yaratmalıyıq. “Qərb Xəbər” məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. Spiker komissiyanın sədrinin Ziyafət Əsgərov, üzvlərinin Səməd Seyidov, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva və Tamam Cəfərova olmasını təklif edib. Təklif qəbul edilib.
Bakı sülh müqaviləsinin layihəsi ilə bağlı təklifini İrəvana sonuncu dəfə 11 sentyabrda göndərib, lakin iki aydan artıqdır ermənilərdən cavab yoxdur. Ermənistan tərəfi bununla bağlı heç bir açıqlama verməyib, hərçənd, İrəvanın səssizliyinin iki səbəbdən qaynaqlandığını demək mümkündür. Birincisi, Qarabağda keçirilən anti-terror tədbirləri nəticəsində erməni separatizminin ləğv edilməsidir: Bakı-İrəvan xəttində sülh sazişinə dair məktublaşmada Ermənistan Qarabağdakı ermənilərlə … Read more
Bu gün Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılması üçün yaradılan Təmas Qrupunun Moskvada Rusiya rəsmiləri ilə danışıqları baş tutacaq. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib. Qeyd olunub ki, Qrup ilk səfərini dünən Pekinə edib. ÇXR xarici işlər naziri ilə görüş keçirilib. Təmas Qrupu sabah London və Parisdə də görüşlər … Read more