Şəmkirdə 4 yaşlı uşaq qızılcadan ölüb
Şəmkirdə 4 yaşlı oğlan uşaq qızılca xəstəliyindən ölüb. “Qərb Xəbər”in məlumatına görə, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.