DİN: Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatla bağlı “ASAN xidmət”ə müraciət edə bilərlər

658be7e2b0029658be7e2b002a1703667682822b03052aa500a3110d5223548524d1

Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Bu barədə “Qərb Xəbər”ə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. “Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların … Read more

Nazirlik: “COVID-19-un yeni ştamının Azərbaycanda yayılması haqqında məlumat yoxdur”

5d5773d3 c82d 3729 b0df 1bdee14226cb

COVID-19-un ABŞ-də yayılan yeni ştamının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur. Bunu “Qərb Xəbər”ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. İnfeksionist yeni ştamla bağlı bildirib ki, yeni “JN1” ştamı “Omikron”un altnövüdür: “Sələfi olan “Pirola” ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələ ki bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. … Read more

Azərbaycanda “Gömrük tarifi haqqında” qanun dəyişib

E34e2107 55d9 324c 8c73 101e5b2354fe 850 (2)

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. “Qərb Xəbər” məlumat verir ki, yenilənmiş qanuna əsasən, gələn ildən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti … Read more

FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib

658976fcae171658976fcae17217035077088cec23e5271af19e40fe8342b6f15b13

Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib. FHN-dən “Qərb Xəbər”ə verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “Belə ki, güclü külək zamanı … Read more

İran XİN rəhbəri Ermənistana gedib

658bc7ffd42e0658bc7ffd42e11703659519658bc7ffd42de658bc7ffd42df

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistana gedib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Tasnim” məlumat yayıb. XİN başçısının İrəvana səfəri çərçivəsində Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşləri planlaşdırılıb. Danışıqlarda əsas diqqət siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrinin genişləndirilməsi yollarının nəzərdən keçirilməsi, həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan … Read more

ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub

82018274 bd92 3609 b95d e911fada0f33

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub. “Qərb Xəbər”in  məlumatına görə, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Z.Mahmudovun vəziyyəti qənaətbəxş hesab edilir. Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina … Read more

Ötən gün vətəndaşlardan tapança və tüfənglər götürülüb

Images 2023 12 27T094036.152

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 tapança, 3 tüfəng təhvil götürüb. Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı, 8 ədəd müxtəlif çaplı patron götürülüb.

Serbiyada etirazçılar yenidən mitinqə toplaşıb və nəqliyyatın hərəkətini dayandırıblar

69c4b751 fde8 3139 9e56 6d8990f173a4

Belqradda “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarlarının yeni mitinqə başlayıb. Bu barədə “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir. Belə ki, etirazçılar yenidən Respublika Seçki Komissiyasının binası yaxınlığında toplaşıb, onların sayının bir neçə yüz nəfər olduğu bildirilir. Aksiyaçılar əllərində plakatlar tutublar və fit çalıblar. Kralya Milana küçəsində nəqliyyatın hərəkəti kəsilib. Qeyd edək ki, dekabrın 25-də … Read more

ÜST: Azərbaycan malyariya xəstəliyindən azad ölkədir

Fd968348 1673 356e b714 09dc9b32ef6d

Azərbaycan malyariya xəstəliyindən azad ölkədir. “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O, qeyd edib ki, Tacikistan və Beliz də Azərbaycan kimi malyariya xəstəliyindən azad ölkələrdir. Qebreyesusun sözlərinə görə, bir çox ölkələrdə diqqətdən kənarda qalan bir sıra tropik xəstəliklər, o cümlədən Qanada somnologiya (yuxu xəstəliyi), Benin, … Read more

Aİ Ukraynanın 20 milyard avro maliyyələşdirilməsi planını müzakirə edir

A478a919 52f8 35e0 b33c 8c849c5750c5

Avropa İttifaqı (Aİ) Ukraynaya 20 milyard avro məbləğində maliyyə yardımı göstərmək üçün ehtiyat plan hazırlayır. “Qərb Xəbər”in məlumatına görə, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məqalədə qeyd olunur ki, Macarıstanın Baş naziri Viktor Orbanın dekabrın ortalarında Aİ-nin sonuncu sammitində 2024-2027-ci illər ərzində Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan icma büdcəsinə düzəlişin … Read more

İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb

Israel

İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb. “Qərb Xəbər”“Yedioth Ahronoth” qəzetinə istinadən verdiyi məlumata görə, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusunun daha 3 əsgəri həlak olub, 5-i isə ağır yaralanıb. Anklavın mərkəzində döyüşdə 33 yaşlı baş çavuş Maor Lavi, şimalında 26 yaşlı mayor Şay Şamriz və 26 yaşlı kapitan Şaul Qrinqlik öldürülüb. … Read more

MSK daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib

Msk

MSK daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. “Qərb Xəbər”in məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb. Bu barədə MSK katibi … Read more

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Hava kulek

Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən xəbərə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var. Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi … Read more

Sankt-Peterburqda MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb

Indir 2023 12 26T161325.735

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb. “Qərb Xəbər” bu barədə TASS-a istinadən xəbər verir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı müzakirələr aparmağa dəvət edib. Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham … Read more

Əliyev ikitərəfli formatla,Qərb və Rusiyanın danışıqlara aktiv müdaxiləsinin qarşısını ala bilər

Eliyev pasinyan putin

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya Əliyev-Putin-Paşinyan görüşünün keçirilməsi fürsəti verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələr aparacağı mümkündür. Sankt-Peterburqda mümkün görüşlə bağlı əsas məqam Rusiyanın tərəflərlə nəyi müzakirə edə biləcəyidir. Moskvanın sülh … Read more

Rəsmi Bakı Parisə nota verib, Fransa səfirliyinin iki əməkdaşı “persona-non-grata” elan edilib

658aae43d7401658aae43d7402170358739510ddea64674b090f7acb3eaa889ce8c3

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Qərb Xəbər”ə Xarici İşlər Nazirliyindən bildirilib. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin … Read more

Prezident gələn il üçün yaşayış minimumunu təsdiqləyib

4563fcd0 e770 3cdd b7f7 2d24a14a8bdf

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. “Qərb Xəbər”in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycanda gələn il ehtiyac meyarının həddi 270 manat olacaq

1f713f3a 1df8 3172 a516 1a64f0c4d1ec

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. “Qərb Xəbər”in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.