Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb

Turk ordu army

Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib. Məlumata görə, ərazidə əməliyyat davam edir. Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 … Read more

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Xin new

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk” – paylaşımda qeyd olunub. Qeyd … Read more

ADY: Hava şəraitinə görə sərnişin və yük qatarlarının sürət həddi endirilib

65a2263cf239565a2263cf2396170512543665a2263cf239365a2263cf2394

ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. ADY-dən “Qərb Xəbər”ə verilən məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol … Read more

Yağıntılı hava şəraiti yanvarın 15-dək davam edəcək

65a21ce7f3f0265a21ce7f3f03170512304765a21ce7f3eff65a21ce7f3f00

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. “Qərb Xəbər” məlumat verir ki, küləyin maksimal sürəti Bakıda və … Read more

Hakan Fidan Böyük Britaniyanın XİN başçısı ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

65a186d7bdafd65a186d7bdafe170508463165a186d7bdafb65a186d7bdafc

Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb. Qeyd olunnub ki, türkiyəli nazir Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, ölkəsinin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib. Bundan əlavə, Qəzzadakı son vəziyyət … Read more

Fransanın yeni xarici işlər naziri Ukraynaya işgüzar səfərə gedir

65a16f09630fc65a16f09630fd170507853765a16f09630fa65a16f09630fb

Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Kiyevə işgüzar səfərə gedir. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Le Figaro” məlumat yayıb. Nazir Fransanın Ukraynaya dəstəyini nümayiş etdirmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Xatırladaq ki, bundan öncə keçmiş nazir Ketrin Kolonnanın Ukraynaya səfəri planlaşdırılırdı. Hökumətdə baş verən dəyişikliklə bağlı onun yerinə Stefan … Read more

Ukrayna ilə Britaniya arasında təhlükəsizlik sahəsində sənəd imzalanıb

65a1519060d5365a1519060d54170507099265a1519060d5165a1519060d52

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb, iki ölkə arasında təhlükəsizlik sahəsində sənəd imzalanıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna dövlət başçısı “X” hesabında bildirib. “Britaniya Baş naziri Rişi Sunakı Ukraynada salamlamağa şadam. Bu gün Avropa tarixində dönüş nöqtəsidir. Ukrayna və Böyük Britaniya arasında yeni, indiyə … Read more

Daxili işlər naziri əməliyyat müşavirəsi keçirib

E9365f0a 2eff 333e a475 a19d6e33e663

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının 2023-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə DİN məlumat yayıb. Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən … Read more

Azərbaycanın Ermənistana qarşı başlatdığı arbitraj prosesi üzrə iclas keçirilib, təzminat tələbi sorğu olunub

Xin1

12 yanvar 2024-cü il tarixində Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. XİN-dən “Qərb Xəbər”ə verilən xəbərə görə, iclasda ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 27 fevral 2023-cü il … Read more

Rusiya XİN Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb

Rusya xin

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin. Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin … Read more

General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib

Indir 2024 01 12T130911.885

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib. “Qərb Xəbər” məlumat verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub. Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb.

Şri-Lanka da Qırmızı dənizdə hərbi əməliyyatlara qoşulur

88dcbede 429c 3403 b4b0 7e474305bc00

Şri-Lanka ticarət gəmilərini Qırmızı dənizdə husilərin hücumlarından qorumaq üçün ABŞ-nin rəhbərlik etdiyi əməliyyatlara qoşulur. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu Şri-Lankanın dövlət başçısı Ranil Vikramasinqh Kolomboda Yaxın Şərq ölkələrinin səfirləri ilə görüşündə deyib. “Şri-Lankanın Qırmızı dənizdəki gəmiləri husilərin hücumlarından qorumaq səylərinə qoşulması heç bir ölkə ilə hərbi ittifaq təşkil etmir, ancaq naviqasiya azadlığını … Read more

Rişi Sunak Ukraynaya gedir

65a0e92e4ce3d65a0e92e4ce3e170504427065a0e92e4ce3b65a0e92e4ce3c

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Ukraynaya səfər edəcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. Bildirilib ki, Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək və bu ölkəyə yeni hərbi dəstək paketini açıqlamaq üçün Ukraynaya səfər edəcək. “İki ildir ki, Ukrayna Rusiyanın qəddar işğalını dəf etmək üçün böyük … Read more

Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb

Dim

Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən“Qərb Xəbər”ə verilən xəbərə görə, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq. Qeyd edək ki, “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, … Read more

Sərhədlə bağlı üç plan

Azerbaycan ermenistan

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü “güzgü prinsipi”nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi. Rəsmi Bakı delimitasiya ilə bağlı üç variant irəli sürür: Birincisi, siyasi metodologiyaya əsaslanır; Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını … Read more

Ərdoğan Azərbaycanla Türkiyə arasında qrant sazişini təsdiqləyib

75f9665a ee4c 3064 ab30 9cc4d30c584b

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib. “Qərb Xəbər” məlumat verir ki, sənəd 10 maddədən ibarətdir. Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb. Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və … Read more

Azərbaycanda mülki aviasiya təyyarələrinin istehsalına başlanılıb

65a0cecb5e5ec65a0cecb5e5ed170503751565a0cecb5e5ea65a0cecb5e5eb

Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb. “Qərb Xəbər” məlumat verir ki, “Global Force Technology” şirkətinin nümayəndələrinin sözlərinə görə, şirkət Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırlayıb. Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə … Read more

Tbilisi Beynəlxalq Hava limanından Bakıya uçuşlar ləğv edilib

65a0d1ccb854865a0d1ccb8549170503828465a0d1ccb854665a0d1ccb8547

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb. Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.

Ceyms Obrayendən yeni mesaj

Obrayen

“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen xarici jurnalistlər üçün onlayn brifinqdə deyib. “Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, … Read more