ABŞ-də Fələstinə dəstək mitinqində yüzlərlə tələbə həbs edilib
ABŞ-də 16 ştatda keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Tələbələr universitet rəhbərliyinin onları dərslərdən uzaqlaşdırdığını bildirib. Bununla belə 20-dən çox universitet şəhərciyində etiraz aksiyaları davam etdirilir.. Bundan əvvəl Nyu-Yorkdakı Kolumbiya Universitetinin rəhbərliyi Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin fəaliyyətini dayandırıb.