İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb – FƏRMAN

1658472565 ilham eliyev

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb. Qerbxeber.com xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 … Read more

Rusiya ilk dəfə Qara dənizə 3 sualtı qayıq çıxarıb

66a75a8e8b99a66a75a8e8b99b172224372666a75a8e8b99866a75a8e8b999

Ukraynada müharibə başladıqdan sonra ilk dəfə Rusiya tərəfi Qara dənizə “Kalibr” qanadlı raketlərlə təchiz olunmuş üç ədəd sualtı qayıq çıxarıb. Qerbxeber.com xəbərinə görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Dmitri Pletençuk sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, indiyədək regiondan buraxılan analoji raketlərin sayı 8 ədəddir.

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

66a76bfa1cd9766a76bfa1cd98172224818666a76bfa1cd9566a76bfa1cd96

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 31 iyul və 1 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. ADY-dən Qerbxeber.com verilən məlumata görə, həmçinin Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz. Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan … Read more

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək

66a7578d55bc866a7578d55bc9172224295766a7578d55bc666a7578d55bc7

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü “X” hesabında bildirib. “İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq”, paylaşımda qeyd olunub.

MİQ üzrə şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlanıb

66a74061a556466a74061a5565172223702566a74061a556266a74061a5563

MİQ üzrə vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Qerbxeber.com Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edilib ki, 39 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib

66a73f66bbe6466a73f66bbe65172223677466a73f66bbe6266a73f66bbe63

Bu gün peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qerbxeber.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Ceyhun … Read more

Kursk səmasında 19 PUA zərərsizləşdirilib

66a731455d2e066a731455d2e1172223315766a731455d2de66a731455d2df

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk səması üzərində 19 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Qerbxeber.com TASS-a istinadən xəbərinə görə, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat verib. O bildirib ki, hücum nəticəsində elektrik xətləri və bir ədəd körpü sıradan çıxarılıb. Qubernatorun sözlərinə görə, PUA-lardan sonuncusu Medvensk rayonu üzərində məhv edilib. A. Smirnov həmçinin əhalini … Read more

Gəncə və Göygöldə fərdi yaşayış evlərinin zirzəmiləri subasmaya məruz qalıb – VİDEO

Images 2024 07 29T101105.450

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb. Qerbxeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış … Read more

Bu ölkə vətəndaşlarına çağırış etdi: Rusiyaya getməyin

Rusiya (1)

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransı zamanı bildirib ki, Yaponiya hökuməti vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırır. Qerbxeber.com xəbər verir ki, o, bu qərarın deputat Muneo Suzukinin Moskvaya səfəri ilə bağlı verildiyinə aydınlıq gətirib. “Yaponiya hökuməti Suzukinin Rusiyaya səfərinin tarixləri və məqsədləri barədə şərh verə bilməz. Suzukinin hansı məqsəd güdməsindən asılı olmayaraq, biz … Read more

Leysan yağıb, külək güclənib – FAKTİKİ HAVA

B5289a1d d1b0 3c02 9630 4ffde97a7432

İyulun 29-u saat 8:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Bu barədə Qerbxeber.com Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, … Read more

Maduro prezident seçkilərində qalib gəlir

66a716a223fe766a716a223fe8172222633866a716a223fe566a716a223fe6

Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, Milli Seçki Şurası səslərin 80%-ni hesablayıb. Milli Seçki Şurası Maduronun Venesuelada keçirilən prezident seçkilərində 51,2% səslə irəlidə olduğunu açıqlayıb.

İsrail hazırda “Hizbullah” mövqelərini vurur

66a6e69a27b8a66a6e69a27b8b172221404266a6e69a27b8666a6e69a27b88

İsrail mediasının məlumatına görə, İsrail ordusu Livanın cənubundakı “Hizbullah” mövqelərinə zərbələr endirib Qerbxeber.com xəbər verir ki, İsrailin rəsmi televiziyası KAN-ın məlumatına görə İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Livanın cənubundakı sərhədə yaxın “Hizbullah”ın nəzarətindəki məntəqələrə hücumlar təşkil etdiyi bildirilir. Xəbərdə hava hücumu ilə bağlı ətraflı məlumat verilməyib. İsrail ordusundan da hələlik mövzu ilə bağlı … Read more

İsrailin hərbi-siyasi kabineti Netanyahuya Livanla bağlı qərar vermək səlahiyyəti verib

66a6b2e1dd15866a6b2e1dd159172220080166a6b2e1dd15666a6b2e1dd157

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta 12 nəfərin həlak olduğu Colanın Məcdəl Şəms kəndinə endirilən zərbələrdən sonra Livana qarşı tədbirlərlə bağlı qərar vermək səlahiyyəti verilib. Qerbxeber.com xəbər verir ki, bu barədə hökumət başçısının aparatı siyasi-hərbi kabinetin iclasınin başa çatmasından sonra məlumat yayıb. “Siyasi-hərbi kabinetin iclası başa çatıb. Nazirlər Kabinetinin üzvləri baş … Read more

İsrailin Livanla genişmiqyaslı müharibə planı yoxdur

66a69829d5c7e66a69829d5c7f172219396166a69829d5c7c66a69829d5c7d

Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, lakin tammiqyaslı müharibəyə keçid olmayacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin bir sıra yüksək rütbəli rəsmilərinə istinadən “Ynet” portalı məlumat yayıb. “Bir neçə gün döyüşdə ola bilərik. Söhbət indiyə qədər gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir”, – deyə portal rəsmilərdən … Read more

Pezeşkian Məhəmməd Rza Arifi birinci vitse-prezident təyin edib

66a68ffdc965b66a68ffdc965c172219186966a68ffdc965966a68ffdc965a

İran prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arifi birinci vitse-prezident təyin edib. Qerbxeber.com xəbər verir ki, bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb. 73 yaşlı Arif Siyasi Məqsədliliyi Müəyyən edən Şuranın üzvüdür. 2001-2005-ci illərdə o, artıq islahatçı prezident Məhəmməd Hatəminin administrasiyasında birinci vitse-prezident olub.

“Mossad” rəhbəri Romada tərəflərlə Qəzza zolağındakı vəziyyəti müzakirə edib

66a68556bc7ab66a68556bc7ac172218914266a68556bc7a966a68556bc7aa

İsrail kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea, Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Romada görüş keçirib. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, görüşlər önümüzdəki günlərdə də davam edəcək. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. Ofisdən bildirilib ki, tərəflər təklif olunan sazişin qeyd olunduğu sənədi müzakirə ediblər. İsrailin baş naziri Benyamin Netanyahu … Read more

HAMAS avqustun 3-nü Qəzzaya qlobal dəstək günü elan etməyi təklif edir

66a66a53a4ad166a66a53a4ad2172218222766a66a53a4acf66a66a53a4ad0

Fələstinin HAMAS hərəkatı avqustun 3-nün Qəzza və fələstinli məhbuslara qlobal dəstək günü hesab edilməsini təklif edib ki, bu gündən etibarən İsrail həbsxanalarında olan zolaq sakinlərinin və fələstinlilərin müdafiəsi üçün tədbirlər başlamalı və anklavda hərbi əməliyyatlar bitənə qədər davam etdirilməlidir. Qerbxeber.com xəbər verir ki, bu açıqlama ilə HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə çıxış edib. “Qoy … Read more

Ermənistana məxsus kvadrokopter Laçında kəşfiyyat uçuşları həyata keçirməyə cəhd edib

66a717ca6ca9666a717ca6ca97172222663466a717ca6ca9466a717ca6ca95

İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Qerbxeber.com xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Ərdoğan təhdid etdi: Qarabağa girən kimi girərik

ərdoğan

Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik. Qərbxəbər.com bildirir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına deyib. Qeyd edək ki, Ərdoğanın bu sözlərlə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutduğu ehtimal edilir. Çünki Türkiyə heç vaxt Qarabağa girməyib, İkinci Qarabağ savaşında … Read more

Qərbi Azərbaycan İcması Paris 2024 də Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Eb8fc95a 7a51 31ef 9629 3540855a6ba1

2024-cü il Paris olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirilib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib. Qərbxəbər.com bildirir ki, bu … Read more