İrəvanda etiraz aksiyası keçirilir

4ff94020 5be6 30b8 8745 7ac2c935d517 850

İrəvanda təsərrüfat subyektləri yenidən Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Qerbxeber.com erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla şəxsi görüş tələb edirlər. Etirazçılar təxminən 10 gün əvvəl də aksiya keçiriblər. Bununla yanaşı, onlar hökumət dəftərxanasına 2 350 vətəndaş tərəfindən imzalanmış bəyanat təqdim ediblər. Narazılığın əsas səbəbi vergi qanunvericiliyindəki dəyişikliklərdir. Aksiya … Read more

Putinlə Trampın nümayəndəsi arasında görüş keçirilir

680b768a187e1680b768a187e21745581706680b768a187df680b768a187e0

Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşü başlayıb. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O, əlavə edib ki, danışıqların gündəmini Ukrayna problemi təşkil edəcək: “Problemin substansiyası çox mürəkkəbdir. Buna görə də belə görüşlərə bu qədər çox vaxt tələb

Tramp: Krım “Rusiyanın tərkibində” qalacaq

Trump Tramp

Krım Rusiyanın tərkibində qalacaq. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TIME”a müsahibəsində deyib. Tramp müharibənin başlamasına görə Kiyevi günahlandırıb: “Düşünürəm ki, müharibənin başlamasına səbəb onların NATO-ya daxil olmaq haqqında danışmağa başlaması olub”. ABŞ Prezidenti qeyd edib ki, onun həyata keçirdiyi danışıqlar yolu ilə əldə olunan sülh Vladimir Putinə Ukrayna ərazisinin 20%-ni verəcək: … Read more

Rus generalın maşını belə partladıldı

29e7f72b 0c1f 3998 9936 9521de3a13f2 850

Moskva vilayətinin Balaşixa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik ölüb. Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. “Moskva ətrafındakı Balaşixa şəhərində maşın partlayışı zamanı həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olub”, – məlumatda bildirilib. İstintaq Komitəsi “Volkswagen” … Read more

Hindistan Pakistan vətəndaşlarını ölkədən çıxarır

680b50d3f3e1a680b50d3f3e1b1745572051680b50d3f3e18680b50d3f3e19

Hindistanın Daxili İşlər Nazirliyi bütün ştatların rəhbərliyinə Pakistan vətəndaşı olan şəxslərin ölkədən çıxarmaqla bağlı göstəriş verib. Qerbxeber.com-un “navbharattimes” saytına istinadən xəbərinə görə, bunu mətbuata nazir Amit Şah bildirib. O deyib ki, yerli daxili işlər orqanlarının rəhbərlərinə qərarın dərhal icra olunması tapşırılıb. Ötən gün Hinidstan tərəfi Pakistan vətəndaşları üçün viza xidmətinin dayandırıldığını açıqlayıb. Məlumatda bütün mövcud vizalar … Read more

İstanbulda Rusiya-Türkiyə danışıqları başlayıb

Indir 2025 04 25t124912.504

İstanbulda Yaxın Şərqdəki vəziyyətlə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbəsinə istinadən xəbər verir. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfinə isə xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edir. Məsləhətləşmələr qapalı formatda keçirilir. Rusiya və Türkiyə nümayəndələri danışıqlarda Suriyada və Yaxın … Read more

Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq

Indir 2025 04 25t120634.303

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib. Dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, … Read more

İki ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında görüş olub

00e41510 ae46 3a48 af7e 772045fde5d4 850

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Bu barədə Qerbxeber.com-a  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin … Read more

Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edib

Bfc36faa 76c3 30f1 a9f4 f5c5b6e85eca 850

Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edərək onları mayın 31-nə qədər yazlıq əkinlərini bəyan etməyə çağırıb. Qerbxeber.com bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, Azərbaycanda yazlıq əkinləri dövlət subsidiyalaşdırır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır. “Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, … Read more

Müəllimlərin iş yerinin dəyişdirilməsinə başlanıldı

Imta

Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 … Read more

1157-ci gün: Rusiyanın itkiləri yeniləndi

Indir 2025 04 24t112921.381

Ukrayna müharibənin 1157-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 946 500 hərbçi, 10 703 ədəd tank, 22 315 ədəd zirehli döyüş maşını, 26 895 ədəd artilleriya sistemi, 1 372 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 144 hava … Read more

Rusiya Ukraynaya PUA-larla hücum edib

Indir 2025 04 25t104408.733

Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib. “Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”, – o qeyd edib. Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir … Read more

Vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək

Indir 2025 04 25t102554.423

“Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu”. Qerbxeber.com bildirir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O qeyd edib ki, 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb: “Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi … Read more

Qazaxın kəndlərinin işğalında iştirak edən erməni polkovnikdən ŞOK

Image 750x 680a1ccbc3aef 1

“Ermənistan vaxt qazanmaq üçün güzəşt siyasəti yetirməlidir. Mən Tavuşla sərhəddəki kəndlərdə bir-bir olmuşam, onların hamısı türk kəndləridir”.  Bunu Birinci Qarabağ müharibəsində iştirak edən erməni polkovnik Andranik Davtyan “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib. O, Qazaxın kəndlərinin işğalında iştirak etdiyini söyləyib: “Biz sadəcə Cermukdan bir hissəni Azərbaycana verməyə razılaşmışıq, qalanları hələ yox. … Read more

Kürdə suyun səviyyəsi qalxıb

Indir 2025 04 25t101140.107

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb. Milli Hidrometeoroloji Xidmətdən Qerbxeber.com-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların aprelin 25-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm … Read more

İsrailin Qəzza edilən hücumlarda 60 fələstinli həlak olub

Images (51)

Son sutka ərzində İsrail Ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 60 fələstinli həyatını itirib, 150-dən çox insan yaralanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Telekanalın təqdim etdiyi məlumatlara görə, İsrailin hücumları əsasən Qəzzanın mərkəzi hissəsini hədəfə alıb və həlak olanların sayı artmaqda davam … Read more