Gəncədə qadın özünə qəsd etmək isdəyib

Indir 2025 05 02t093910.018

Gəncədə gənc qadın özünə xəsarət yetirib. Qerbxeber.com-un məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Ş.Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici alətlə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Tramp: “Vens və Rubionu varis kimi görürəm”

68178d46d092668178d46d0927174637395868178d46d092468178d46d0925

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib. Qerbxeber.com xəbər verir ki, o bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib. “Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür”, – deyə Tramp bildirib. O, eyni zamanda əlavə … Read more

Samir Şərifov Suriyaya səfərə gedib

Indir 2025 05 05t084715.540

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Qerbxeber.com xəbər verir ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Abbas Əraqçi İslamabada gedib

Indir 2025 05 05t084202.807

İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada yola düşüb. Qerbxeber.com yerli mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində gündəliyə sərhəd təhlükəsizliyi, regional və beynəlxalq məsələlər üzrə Pakistan rəsmiləri ilə məsləhətləşmələr daxildir.

Tramp: Bəzi ölkələrə tətbiq olunan gömrük rüsumları ləğv olunmaya bilər

Tramp

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika administrasiyası tərəfindən bəzi ölkələrin məhsullarına tətbiq olunan gömrük rüsumları gələcəkdə ləğv olunmaya bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə bildirib. Jurnalistin “Rüsumlar daimi olacaqmı, yoxsa gələcəkdə ləğv olunacaq?” sualına cavab verən Tramp deyib: “Xeyr, mən bunu etməyəcəm, çünki əgər kimsə inanırsa ki, … Read more

Cüdoçumuz qızıl medal qazanıb

Indir 2025 05 05t082618.087

Azərbaycanın üç cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib. Qerbxeber.com xəbər verir ki, 90 kq çəki dərəcəsində birincilik uğrunda Vüqar Talıbovla Elcan Hacıyev qarşılaşıb. Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb. Vüqar Talıbov isə gümüş medala sahib olub. +100 kq çəkidə digər cüdoçumuz Camal … Read more

Qəzzada həlak olanların sayı 52,500-u keçib

Images (51)

2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 52 500-ü ötüb. Qerbxeber.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb. “2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatlarda ölənlərin sayı 52 535 nəfərə çatıb, 118 491 nəfər yaralanıb”, – məlumatda deyilir. Nazirlik əlavə edib ki, son 24 … Read more

DİN: Vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir

Indir 2025 04 26t100531.719

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir. DİN-in mətbuat xidmətindən Qerbxeber.com-a verilən məlumata görə, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir. Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli … Read more

Husilər Tel-Əvivin Ben Qurion Hava limanını vurub

Vurulan hava limanı

Yəməndəki husilər Tel-Əvivdəki Ben Qurion Hava Limanını raketlə vurublar. Qerbxeber.com xəbər verir ki, İsrail ordusu Tel-Əvivin mərkəzinə raket düşdüyü barədə məlumat verilib. Ordunun yaydığı məlumata görə, İsrailin bir çox bölgəsində sirenlərin səslənməsindən sonra Yəməndən atılan raketi qarşısını almaq üçün müxtəlif cəhdlər edilib, lakin Ben Qurion Hava Limanı ərazisində raketin düşməsi qeydə alınıb. Dövlət televiziyası “KAN” … Read more

Əcnəbilərin qonşu ölkədə işləməsinə məhdudiyyət qoyula bilər

Miqrantlar

Gürcüstan Daxili İşlər Nazirliyi yerli bazarda xarici miqrantların işə götürülməsi məsələsinin tənzimlənməsi və onlar üçün kvotaların tətbiqi üzərində işləyir. Qerbxeber.com xəbər verir ki, bu barədə yerli mətbuata daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib. “Bu sahədə qanunvericiliyin natamamlığı səbəbindən gürcü işçilərin öz işlərini itirməsi, onların yerini isə əcnəbilərin tutması kimi hallar yaranır. Eyni zamanda, onlara … Read more

Prezident Zelenski Çexiya Respublikasına rəsmi səfər edib

Zelenski petr pavel

Ukrayna Prezidenti Volodimir Zelenski birinci xanımla birlikdə Çexiyaya rəsmi səfərə gəlib. Qerbxeber.com bildirir ki, bu barədə Zelenski teleqramda yazıb. O, Çexiyaya prinsipial dəstəyinə və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə görə təşəkkür edib. O qeyd edib ki, Çexiyanın artilleriya təşəbbüsü səmərəli olub və bu əməkdaşlıq davam etdiriləcək. “Əməkdaşlığın ayrı bir istiqaməti hərbi aviasiyamızın inkişafı, pilotlar üçün təlim … Read more

KİV: Çexiya prezidenti Zelenskini Praqada qəbul edib

Zelenski

Çexiya Prezidenti Petr Pavel Ukrayna Prezidenti Volodimir Zelenskini Praqa Qalasında qəbul edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Irozhlas” xəbər portalı məlumat yayıb. Zelenskinin təyyarəsi yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 13:00)  Praqadakı Vatslav Havel adına beynəlxalq hava limanına enib. Portalın məlumatına görə, səfər maksimal təhlükəsizlik tədbirləri altında həyata keçirilib. Çexiya mediasının verdiyi məlumata … Read more

Sabiq Qalatasaraylı futbolçu “Şaxtyor”un baş məşqçisi olacaq

Indir (1)

Futbol üzrə türkiyəli tanınmış mütəxəssis Arda Turan növbəti mövsüm Ukraynada işləyəcək. Qerbxeber.com xəbər verir ki, 38 yaşlı çalışdırıcı “Şaxtyor” (Donetsk) klubunun baş məşqçisi olacaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. Tərəflər İngiltərənin paytaxtı Londonda ilk görüş keçiriblər. Hazırda A.Turan Superliqada mübarizə aparan “Eyupspor” komandasına rəhbərlik edir.

Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəldi

Qırıcı teyyare

Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb. Məlumata görə, mayın 2-də İsrail Suriyaya qarşı genişmiqyaslı hava zərbələri endirib. Vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi “Sultan Murad” və “Süleyman Şah” qruplaşmalarının bazaları da olub. Bundan sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq … Read more

Ukrayna ordusu Rusiyanın “Strela” zavodunu məhv edib

Indir 2025 05 04t133123.847

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub. Qerbxeber.com  “Mash” teleqram kanalına istinadən verdiyi məlumata görə, atəş nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb. İlkin məlumata görə, zərbələr zavodu tamamilə məhv edib. RBC-Ukraynanın məlumatına görə, bu zavod Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır. Obyekt transformatorların, boğucuların, hamar gərginlik tənzimləməli avtotransformatorların, induksiya … Read more

“Bir gecənin nağılı” tamaşası Qazax Dövlət Dram Teatrında nümayiş etdirilib

Img 20250503 210525 281 300x200

Mayın 3-ü, saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Bir gecənin nağılı” tamaşası qazaxlı tamaşaçılar üçün nümayiş etdirilib. Qerbxeber.com xəbər verir ki,tamaşaçılar tərəfindən maraqla qarşılanan və alqış sədaları ilə müşayiət edilən səhnə əsəri iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına toxunur. Komediya janrında hazırlanan və gənclər … Read more

Putin: Ümid edirəm ki,nüvə silahına ehtiyac olmayacaq

Images (62)

Nə qədər təhrik edilsə də Rusiya Ukraynada nüvə silahından istifadə etmədən hərbi əməliyyatı uğurla başa çatdırmaq üçün bütün lazımi qüvvələrə malikdir. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinlə söhbətində qeyd edib. “Bizi təxribata çəkmək istəyirdilər, səhv etməyimizi gözləyirdilər. Bayaq dediyiniz silahlardan istifadə etməyə ehtiyac yoxdur. Ümid edirəm ki, buna ehtiyac … Read more

Çin lideri Moskvaya gəlir

Images (61)

Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 7-də Rusiyaya səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Si Cinpin 7-10-da Rusiyada rəsmi səfərdə olacaq və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. O da bildirilib ki, Rusiya prezidenti Vladimir Putin və Si Cinpin bir … Read more

Bakı Marafonu 2025” başlayıb

Indir 2025 05 04t124253.254

Bakı Marafonu “Küləyə qalib gəl” start götürüb. Qerbxeber.com xəbər verir ki, marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından başlayıb. Artıq 8-ci dəfədir Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonuna minlərlə iştirakçı, tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə, marafonda 28 minədək şəxs qeydiyyatdan keçib. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da … Read more