İstanbulda reyd zamanı çox sayda saxlanılanlar var

Indir 2025 05 07t092052.158

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib. Qerbxeber.com xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araşdırma aparılıb. Reydlər zamanı müxtəlif cinayətlər törətdiyinə görə axtarışda olan və cinayət aləti daşıyan 1005 nəfər saxlanılıb. Reyd zamanı həmçinin 25 ədəd sənədsiz tapança, 12 ədəd səs tapançası, 62 ədəd patron və 1688 … Read more

Merz Bundestaqda Almaniyanın yeni kansleri seçilib

Indir 2025 05 07t091503.430

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib. Qerbxeber.com xəbər verir ki, mərasimi “Phoenix” telekanalı yayımlayıb. Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda Merzi kansler seçib və prezident Frank-Valter Ştaynmayer ona və kabinet üzvlərinə təyinat məktublarını təqdim edib. Merz Bundestaqda tələb olunan 316 səsdən 325-ni … Read more

Muzdlu döyüşcülər haqqında Rusya məhkəməsi qiyabi hökm çıxartdı

Maria zakharova mariya zaxarova

Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə qiyabi hökm çıxarıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib. O, hər üç şəxsin qiyabi azadlıqdan məhrum edildiyini açıqlayıb: “Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist müharibə və digər cinayətlər … Read more

KİV: Rusiya Kiyevi ballistik raket atıb

Indir 2025 05 07t085644.526

Mayın 7-nə keçən gecə Kiyevdə böyük partlayışlar baş verib. Bundan bir qədər əvvəl ballistik təhlükə ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan edilib. Qerbxeber.com xəbər verir ki, bu haqda “UNİAN“ məlumat yayıb. Məlumatda Rusiya ordusunun Kiyevi ballistik raketlə vurduğu bildirilir. Partlayışdan sonra raketin düşdüyü ərazidə yanğın başlayıb. Paytaxt meri Vitali Kliçko şəhərdə hava hücumundan müdafiə … Read more

UEFA Çempionlar Liqası: İnterin rəqibi kim olacaq?

Indir 2025 05 07t084448.337

UEFA Çempionlar Liqasında bu gün son finalçı müəyyənləşəcək. Qerbxeber.com-un məlumatına görə, PSJ ilk oyunda 1:0 hesabı ilə üstələdiyi “Arsenal”ı qəbul edəcək. Görüş saat 23:00-da başlayacaq. UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 7 may 23:00. PSJ (Fransa) – “Arsenal” (İngiltərə) İlk oyun – 1:0. Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen … Read more

Çempionlar Liqasını: İnter rəqibini gözləyir

Indir 2025 05 07t084026.545

İtaliyanın “İnter” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” klubuna əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib. Qerbxeber.com xəbər verir ki, görüş Milanda baş tutub. “İnter”in qollarını Lautaro Martines (21), Hakan Çalhanoğlu (45+1-p.), Françesko Açerbi (90+3) və Davide Frattezi (99) vurub. “Barselona”nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) … Read more

Pakistanın Hərbi Hava Qüvvələri Hindistanın beş qırıcısını vurub

Indir 2025 05 07t082858.805

Pakistan Hərbi Hava Qüvvələri bir neçə Hindistan təyyarəsini vurub. Qerbxeber.com-un xəbərinə görə, bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb. “Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, – telekanalın mənbələri qeyd ediblər. Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli … Read more

KİV: Pakistanın cavabından sonra Hindistan gərginliyi azaltmaq üçün vasitəçi axtarır

Indir 2025 05 07t081910.970

Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib. Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah … Read more

Hindistan ordusu Kəşmirin bir nəzarət postunda ağ bayraq qaldırıb – FOTO

Indir 2025 05 07t081040.143

Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Qerbxeber.com-un xəbərinə görə, bu barədə “Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub. Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti … Read more

İlham Əliyev: Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Ilhammmiiu

Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində söyləyib. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da … Read more

Ərdoğan “Haber Global”a mükafat təqdim edib

Ccc09237 1f6c 348b 8af4 895d03ce1d8e 850

“Global Media Qrup”a daxil olan Türkiyənin “Haber Global” telekanalı X Anadolu Media mükafatlandırma mərasimində iki nominasiya üzrə qalib gəlib. Qerbxeber.com xəbər verir ki, telekanalın baş redaktoru Taha Dağlı və ilin idman proqramı seçilən “Kontran”ın şərhçisi Nihat Kahveci mükafata layiq görülüblər. Onlara mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. N.Kahveci qeyd edib ki, bu diplomata … Read more

Vaşinqtonda Universitetə hücum edən Fələstin tərəfdarları həbs edilib

Indir 2025 05 06t152427.264

Fələstin tərəfdarı olan bir qrup etirazçı Vaşinqton Universitetinin binasını ələ keçirib. Qerbxeber.com xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Etirazçılar İsraili silahla təmin edən “Boeing” şirkəti ilə universitet arasında əlaqələrin kəsilməsini tələb ediblər. Vaşinqton Universitetinin binasını ələ keçirən 25-dən çox etirazçı həbs edilib.

Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı olub

Images (71)

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi olub. Qerbxeber.com-un məlumatına görə, bu barədə Kremldən bildirilib. Məlumata görə, onlar İran və ABŞ arasında birbaşa olmayan görüşün gedişini müzakirə ediblər. Bildirilib ki, Vladimir Putin İran və ABŞ arasında ədalətli razılaşmaya nail olmaq məqsədilə dialoqun … Read more

Məhkəmə Tofiq Yaqublu barəsində vəsatətə baxıb

Images (70)

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qerbxeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkillər müvəkkilləri Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər. Vəsatət təmin edilməyib və proses mayın 23-nə təxirə salınıb. … Read more

Türkiyədə çox sayda FETÖ-çu saxlanılıb

Indir 2025 05 06t130215.579

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib. Qerbxeber.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb. O bildirib ki, 47 bölgədə baş tutan əməliyyat nəticəsində təşkilatla əlaqəsi olmaqda şübhəli bilinən 208 nəfər saxlanılıb. Saxlanılan şəxslərin şifrələnmiş messencer proqramları vasitəsilə gündəlik onlayn toplantılar keçirdiyi və yaradılan şirkətlər vasitəsilə terror təşkilatı, … Read more

Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat vaxtı məlum olub

Dim

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub. Bu barədə Qerbxeber.com-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, sözügedən imtahanda iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, II … Read more

Bazar günü 7 mindən çox şəxs üçün imtahan verəcək

Dim

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən Qerbxeber.com-a verilən məlumata görə, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 min 282 nəfərin iştirakı nəzərdə tutulur. Həmin gün aşağıdakı şəxslər üçün imtahan keçiriləcək: 1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; 2. … Read more