“Qarabağ”ın UEFA Çempionlar liqasında rəqibi….
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri turnirin I təsnifat mərhələsində baş tutacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) matçının qalibi ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Qeyd edək ki, Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.