Merz və Zelenski “TAURUS” raketləri barədə müzakirə aparıb

Merz ve zelenski

Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Volodimir Zelenski ilə ukraynalı hərbçilərin “Taurus” qanadlı raketləri ilə işləmək üçün təlim keçməsi məsələsini müzakirə edib və belə bir ssenarinin olması istisna edilmir. Qerbxeber.com APA -ya istinadən xəbər verir ki, bu haqda Almaniya kansleri Fridrix Merz məlumat verib. “Biz hələ bu barədə razılığa gəlməmişik. Mən bu barədə Zelenski ilə … Read more

Tramp Baydenə “it oğlu” dedi

Tramp Bayden

Bayden, it oğlu, mənim burada olmağımı istəyirdi! Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Alkatraz” miqrasiya mərkəzinə səfəri zamanı bildirib. “Bayden, it oğlu, mənim burada olmağımı istəyirdi! Mən gedəndə bizim güclü, etibarlı şəkildə qorunan sərhədimiz var idi. Heç bir problem yox idi. O isə ilk gündən sərhədi açdı. İnsanlar gözlərinə inana bilmirdilər və soruşurdular: “Nə baş … Read more

Rusiya-Azərbaycan münasibətləri yenidən dəyərləndirilməlidir-RAUF MİRQƏDİROV

Rauf mirgadirov in 2016

Məni güya “vətən xaini” olduğuma, güya Qərbin puluna yaşadığıma görə Azərbaycan-Rusiya “qardaşlığını” gözü götürməməkdə ittiham edənlər bu gün az qala Rusiyaya müharibə elan etməyə çağırırlar.   Mən Rusiya-Azərbaycan münasibətlərinin kökündən yenidən dəyərləndirilməsinin tərəfdarıyam. Amma bir sıra məsələlərə diqqət yetirmək lazımdır:  Birincisi, Rusiyaya tay olmaq lazım deyil. Ruspfobiya bizim silahımız ola bilməz. Bu bizim praqmatik maraqlarımıza … Read more

Bakı və İrəvanda Moskvaya qarşı paralel şəkildə aparılan müqavimətin tarixi əhəmiyyəti var-ASİF NƏRİMANLI

Asif nerimanlı

İlk dəfədir Azərbaycan və Ermənistanın Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi ortaq görünür: Rusiyanı regiona buraxmamaq, II Qarabağ müharibəsindən öncəki üstünlüyünü təmin etməyə imkan verməmək;  200 ildən artıqdır bu coğrafiyada baş verən bütün müharibələrin, qırğınların izi Moskvaya çıxır. Yenidən bölgəyə girməyə çalışan Rusiya yenə ən yaxşı bildiyi yoldan – toqquşma, münaqişə, müharibə taktikasından hərəkət etmək … Read more

Şahin Şıxlinski sərbəst buraxıldı

şıxlinski şahin

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb. Qerbxeber.com bildirir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib Şıxlinski dindirildikdən sonra azad edilib. Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi zorakılıqla saxlanılmışdı. Onun 24 il öncə baş verən qətlə görə şahid qismində ifadə vermək üçün saxlanıldığı … Read more

Rusiyanın Ural vilayətində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanıldı

Şəxlınski Şahin

Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanılıb. Qerbxeber.com -un məlumatına görə, Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisədən bir müddət sonra Mutvalı Şıxlinski sərbəst buraxılıb.Yerli saytlara açıqlama verən Mutvalı Şıxlinski bildirib ki,-mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni buraxdılar və atamı … Read more

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

E4c867ad 1405 384d 812b 6df4af5dd0d9 850

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək. Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. A.Bağırov Rusiyada həbs olunan sahibkarlar, diaspora rəsmiləri ilə bağlı bildirib ki, Şahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir: “Onların bir tək “günahı” son günlər … Read more

Bakıda saxlanılan Rusiya vətəndaşlarının 4-ü barəsində həbs qətimkan tədbiri seçilib

Saxlanilan ruslar 2

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir. Qerbxeber.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə dörd nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir. İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən … Read more

Rusun Gücü-İbrahim Nəbioğlunun yazısı

İbrahim nebioğlu

Rusiyanın əlində nüvə silahı olmasa, hətta İran belə ondan daha güclü bir ölkə olar. Bu reallıq təkcə bu günə aid deyil. Tarix boyu belə olub. Rusiya İmperatorluğu da eyni idi – kasıb, geridə qalmış, avtoritar və xalqları zorla birləşdirmiş bir quruluş. Onun gücü nə iqtisadiyyatdan, nə də texnologiyadan gəlirdi. Sadəcə ucuz və sonsuz insan resursu … Read more

Haşimoto-Nəzarət sizdə ola bilər.. Sağlam həyat üzrə motivator Elnur Nemətovun yazısı

Elnur nemətov 4

Son zamanlar ən çox xanımlar arasında geniş yayılmış autoimmun xəstəliyi özünü birbaşa hiss etdirməsə də, gizlicə öz işini görür. İmmun sistemi səhvən qalxanabənzər vəzini hədəfə alır və zədələyir. Bədən elə bilir ki, öz içində düşməni var və onunla mübarizə aparmağa başlayır… Buna Haşimoto xəstəliyi deyirlər. Nəticədə: Maddələr mübadiləsi yavaş işləyir Əzələ zəifləməsi Yorğunluq Soyuqluq hissi … Read more

Ukrayna Prezidenti İlham Əliyevə zəng etdi: Yekatirinburqda azərbaycanlıların qətlə yetirilməsini….

əliyev zelenski telefon

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qerbxeber.com xəbər verir bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir. Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb. Prezident Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində … Read more

Azərbaycan və Ukrayna Prezidentləri Bakıda Hökümətlərarası Komissiyanın iclasını keçirmək barədə razılaşıblar

Aliyev zeleski

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə dövlət başçıları arasında Ukrayna Prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı müzakirə aparılıb. Telefon söhbəti əsnasında ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə … Read more

Xəstələrə laqeyd yanaşan həkimlərə sərt cəzalar tətbiq olunacaq

Tecili yardım

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyənləşir. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, Cinayət Məcəlləsinin 142-ci maddəsinin (Xəstəyə kömək göstərməmə) adının dəyişdirilərək “Tibbi xidmətin göstərilməsi qaydalarını pozma” kimi qeyd olunacaq. Həmçinin, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə … Read more

XİN-dən Rusiyay NOTA-DAXİLİ İŞLƏRİMİZƏ QARIŞMAYIN

Xin new

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşünə münasibət bildirib. Qerbxeber.com xəbər verir ki, Ayxan Hacızadə deyib ki, 1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun … Read more

Netanyahu gələn həftə ABŞ-a səfər edəcək

Netanyahu

İsrail Baş naziri Benyamin Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və Donald Trampla görüşəcəyi ilə bağlı xəbəri təsdiq edib. Qerbxeber.com bildirir ki, bu barədə APA “The Jerusalem Post” qəzetinə istinadən xəbər yayıb. Bildirilir ki, Netanyahu Amerika rəsmiləri ilə təhlükəsizlik və ticarətlə bağlı məsələləri müzakirə edəcək. Netanyahu  gələn həftə ABŞ-da Prezident Tramp, vitse-prezident Jeyms Devid Vens, … Read more

Finlandiya xarici işlər naziri Trampı Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə çağırdı

Fin nazir

Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı Senatın təşəbbüsünü dəstəkləməyə çağırıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Valtonen bu barədə “X” hesabında paylaşım edib. O, qeyd edib ki, sanksiya təzyiqi tədricən Rusiyanın müharibəni davam etdirməsini çətinləşdirəcək mərhələyə yaxınlaşdırır. Nazirin sözlərinə görə, Ukrayna üçün ədalətli sülhü təmin etmək üçün Rusiyaya … Read more

Azərbaycanda müəllimlərin bir çoxu imtahandan keçə bilmədi-2300 müəllim İXTİSARA DÜŞDÜ

Müəllimlərin imtahanı

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, … Read more

Bakıda rusların iki cinayətkar dəstəsi SAXLANILDI

Rus mafiyasi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Qerbxeber.com xəbər verir ki, “Report”un verdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.