İstirahət günləri üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti yağışlı olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti … Read more

Qazax gəncləri #trashtag aksiyasına qoşuldu

Bu gün Qazax Gənclər Mərkəzinin bir qrup könüllüsü son zamanlar olduqca populyar olan  #trashtag aksiyasına qoşulub. Gənclər aksiya çərçivəsində Qazax rayonun Ağköynək kəndindəki böyük bir ərazini tullantılardan təmizləyib. Yığılan 20 kisəyə yaxın tullantı zibil poliqonuna təhvil verilib. Qeyd edək ki, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təbiətsevərlər üçün elan etdiyi bu yeni müsabiqənin … Read more

“Göydən gələn” 3 qız və…

26804671 10211037024982515 5353057374867821657 n

Bir neçə gün öncə “Amerikanın Səsi’ 9 yaşında Azərbaycandan köçən və bu il litseyi yüksək başarı ilə bitirib Harvard, Yel, Stanford, Prinston, Kolumbiya kimi dünyanın ən aparıcı universitetlərdə təhsil haqqı qazanan İbrahim Məmmədov haqqında reportaj yaydı. Təxminən 10 ildir ABŞ-da yaşamasına baxmayaraq ana dilində bülbül kimi ötən İbrahimi dinlədikcə qürurdan qəhərlənirdim. Ali təhsilini etnoqrafiya və … Read more

Qazaxda Aprel zəfəri qeyd olunub

3a

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında bayram keçirilib. Tədbir bu gün saat 14:00-da Qazax şəhərindəki Heydər Əliyev parkında baş tutub. Bayramsayağı mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər iştirak edib. … Read more

Şəhid ailələrinin kreditləri ilə bağlı QƏRAR!

Manat

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. Assosiasiyadan verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib. Bundan sonra da banklara bu istiqamətdə … Read more

Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

9aae3ea9 704c 4f4c 95b8 87cab9bbbbae

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təltif olunub. 54 yaşlı idman funksionerinə Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919 – 2019) ilə bağlı Azərbaycan Respublukasının yubiley medalı verilib. Qeyd edək ki, Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. O, 2008-ci ildə “Əməkdar bədən tərbiyəsi … Read more

Problemli kreditlərin həlli qaydası açıqlanıb

445fc7f0 0a22 400a 9a66 495fa8e0d374

Maliyyə Bazarlarına Nəzarət Palatası “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nı açıqlayıb. Qayda ilə buradan tanış olmaq mümkündür.

Azərbaycanın ixracı 3 mlrd. dolları ötüb

B78afb66 8041 46d7 bf9b 5795cd1d149b

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282mln. ABŞ dolları olub.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub. Hesabata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 mln. ABŞ dolları … Read more

Bayramda sərf edilən təbii qazın həcmi

99dbb1b9 c870 44f7 947b fe6a7a2dd50f

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Novruz Bayramı günlərində ölkə üzrə sərf edilən təbii qazın həcmini açıqlayıb. “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiİbrahim Kərbəlayev bildirib ki, bu ilin 20-26 mart tarixlərində ölkə üzrə ümumi təbii qaz sərfiyatı 186,758 mln. kubmetr təşkil edib. Onun sözlərinə görə, Novruz bayramı günlərində Bakı şəhəri, Abşeron və Sumqayıt üzrə 108,761 mln. kubmetr təbii qaz … Read more

“Qəbələ” – “Qarabağ” matçının hakimi bəlli olub

1ec16ede 8bc0 4eb8 bcfa 0bbc7a02d054

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytı yazır ki, turun mərkəzi oyunu sayılan “Qəbələ” – “Qarabağ” dueli Səbuhi Bayramova həvalə olunub. 6 aprel (şənbə) 16:00. “Sumqayıt” – “Keşlə” Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Kapital Bank Arena”, 18:00. “Neftçi” … Read more

Ermənistan prezidenti Dağlıq Qarabağa gəlib

Aghdam

Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağa gəlib. “Sputnik Armenia”nın verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi məlumat yayıb. Onun iki gün Dağlıq Qarabağda olacağı deyilir. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə … Read more

Şəmkirdə 200-dək qəbir dağıdılıb

745ca1e93b12c24

Şəmkirdə dəhşətli hadisə yaşanıb. Hadisə rayonun Yuxarı Keçili kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları sındırılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Olay yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə bələdiyyə seçkiləri yekunlaşıb

KJOBF75xDmdkGT24iLU3YAwhEM4sxwBbtobLk4Ji

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb. Artıq seçki bülletenləri sayılır. Bu seçkilərdə 12 siyasi partiya və müstəqil namizədlər təmsil olunub. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya isə “Milliyyət ittifaqı” blokunda mübarizə aparıb.

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

249ba47c a658 467c 980f a1d6051df7b2

Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım hadisəsinin törədildiyi gündən 101 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım … Read more

Sabahdan sosial müavinətlər artır

38621

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır. Sərəncam ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsini nəzərdə tutur. Sərəncama uyğun … Read more

Qərb zonasına qar yağıb

Azərbaycanın qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Temperatur 10-12° aşağı düşüb.  Qazax, Ağstafa və Tovuz rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb. Tovuzun dağ kəndlərində qarın hündürlüyü 22 sm-ə çatıb. Rayonunun Muncuqlu, Qoşa, Şıxheybət və Çatax kimi dağ kəndlərində avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb. Adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsində də problemlər yaşanır. Ötən gecə … Read more

“Həmrəylik kuboku” uğrunda basketbol turniri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsi uğurla icra olunub. 12-14 fevral tarixlərində baş tutan turnirə rayon məktəbliləri qatılıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə rayonun 8 orta ümumtəhsil məktəbinin VII-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edib. Layihə … Read more

Aprel ayına olan hava proqnozu açıqlanıb

Aprel ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron … Read more

“Vətən Sərhəddən Başlayır” qısametrajlı film layihəsi – Foto + Video

DSC

Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin maliyyə yardımı ilə “Vətən Sərhəddən Başlayır” adlı qısametrajlı film layihəsi çərçivəsində eyniadlı filminin çəkilişləri başa çatıb. Filmin çəkilişlərinə 20 dekabr 2018-ci ildə başlanılıb. Layihənin birinci ayı hazırlıq dövrü, ikinci ayı filmin çəkiliş mərhələsi olub. Layihənin əsas məqsədi Quşçu Ayrım kənd sakinlərinin yaşayış tərzini, kənd əhalisinin bütün çətinliklərə, erməni … Read more