Azərbaycanda 423 milyon manat sığorta haqqı toplanılıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 422,931 mln. manat məbləğində sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,03% azdır. Cari ilin yeddi ayı ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 154,632 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 6% çoxdur. 2019-cu ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış … Read more