Siyasət

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib

25 iyun / 13:25 1 dəq
7287e44f ed74 48ce 9bf5 d2ee3521edb6
25 iyun / 13:25
Burada sizin reklamınız ola bilər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqin nümayəndə heyəti Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb.

Nümayəndə heyətinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor daxil olub. Onlar Azərbaycan tərəfdən qoşunların təmas xəttində monitorinq aparıblar.

Monitorinq insidentsiz başa çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər