Kateqoriyasız

Atəşkəs yenidən pozulub

2 avqust / 19:20 1 dəq
61080bd3f16cd61080bd3f16ce1627917267edf5a0233d9f8912d8762070be7b3685
2 avqust / 19:20
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Paylaş
Burada sizin reklamınız ola bilər