Atəşkəs fonunda dollar ucuzlaşır
stack of one hundred dollars notes on dollars background
ABŞ və İran arasında iki həftəlik atəşkəs xəbərlərindən sonra dollar əsas dünya valyutalarına nisbətdə ucuzlaşıb.
Qerbxeber.com xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi 1,1597-dən 1,1674-ə yüksəlib.
Eyni zamanda, dolların yapon yeni qarşısında dəyəri də azalaraq 159,64-dən 158,65 yenə enib.
Məlumata görə, dollar indeksi də 0,67% geriləyərək 99 bənd təşkil edib.
Qeyd olunur ki, atəşkəs xəbərləri fonunda neft qiymətlərində də kəskin enmə müşahidə olunub və qiymətlər 13-17% azalıb.




