Aşağı Əskipara kəndinin işğalından 31 il keçir
Bu gün Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalından 31 il keçir
Qazax rayonunun Aşağı Əskipara kəndi 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir.
Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.
Kənddə XVI əsrə aid dəyirman və VI-VII əsrə aid alban kilsəsi vardı.
Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşıblar.
Qazağın 7 kəndinin tezliklə işğaldan azad olunması xəbərini gözləyirik








